Yuxarı

Ermənistan parlamentində qarşıdurma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi dairələr arasında mübarizə gərginləşir. Erməni Milli Konqresi seçiciləri səslərini satmamağa çağırıb. Bu da parlamentin iclasında davaya səbəb olub.

Azərtac-ın məlumatına görə, “Yelk” blokunun üzvü Nikol Paşinyan Ermənistanda apreldə keçiriləcək parlament seçkilərinin indidən saxtalaşdırıldığını deyib.

O deyib ki, polisə sorğu göndərilib və yanvarın 1-dən fevralın 1-dək 7 mindən çox vətəndaşın öz qeydiyyat yerini dəyişdiyi məlum olub. Onlar hakimiyyətin istədiyi seçki dairələrində qeydiyyata salınırlar. Hakim Respublika Partiyasının deputatı Xosrov Arutyunyan isə N.Poşinyanı tənqid edib və onları təxribatda gühanlandırıb. Beləliklə, ara qarışıb və deputatlar bir-birlərini təhqir ediblər.

2008-ci ilin 1 mart hadisələrinin müzakirəsi də parlamentin gündəliyindən çıxarılıb. Bu da müxalif partiyaların etirazı ilə qarşılanıb.

Ermənistan Milli Konqresi qərargahının bununla bağlı yaydığı bəyanatda bildirilir ki, 2008-ci ilin 1 mart iğtişaşları hələ də doğru-düzgün araşdırılmayıb. Həmin vaxt fevralın 19-da prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq on gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Bundan sonra ölkədə iyirmi günlük fövqəladə vəziyyət elan edilib. Hakimiyyətə loyal olmayan KİV-lərin fəaliyyəti dayandırılıb. Seçki marafonunun əsas favoriti olan müxalifət namizədi Levon Ter-Petrosyan 2008-ci il seçkilərinin nəticələrini indiyədək tanımayıb. Onun təşkilatçılığı ilə paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirilib. Bəyanatda deyilir ki, qanlı 1 mart Ermənistanın tarixində rüsvayçı hadisədir. Eyni zamanda, oktyabrın 27-də parlamentə hücumdan sonra erməninin ermənini gülləbaran elədiyi ikinci böyük hadisədir. Xalqın qanını tökərək hakimiyyətə gələn Serj Sərkisyan rejimi bu illər ərzində Ermənistanı ancaq uçuruma aparıb. Əhali səfalət içindədir. Ölkə iqtisadiyyatı isə tamamilə iflasa uğrayıb. Ermənistan regionda təcrid vəziyyətinə düşüb.

Tarix
2017.03.02 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla