Yuxarı

Alimlər “qadın məntiqi”nin varlığını təkzib etdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər “qadın məntiqi”nin varlığını təkzib etdilər

“Qadın məntiqi” anlayışı bir sıra ölkə alimləri tərəfindən öyrənilir. Bu istiqamətdə aparılan altı min nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində bəlli olub ki, kişi və qadın məntiqi arasında xüsusi bir ayrıcalıq yoxdur.

Axar.az xəbər verir ki, hər iki cinsin nümayəndələrinin iştirak etdiyi tədqiqatlar test tapşırıqları əsasında aparılıb. İştirakçılara özlərini testlərdə göstərilən şəxsin yerinə qoymaları, çətin anda onun yerinə qərar qəbul etmələri tapşırılıb. İmtahanların nəticəsində kişi və qadınlar arasında düşüncə tərzində çox böyük fərq qeydə alınmasa da, vəziyyətin qiymətləndirilməsi baxımından fikir ayrılığı müşahidə edilib.

Alimlər bunu qadın həssaslığı və prioritet müxtəlifliyi ilə izah ediblər. Belə ki, kişi düşüncə tərzinin daha rasional, qadınların isə mənəvi əzab verə biləcək qərarlardan çəkingən olduğu müşahidə edilib.

Növbəti, emosional faktorların olmadığı testlərdə isə hər iki cinsin nümayəndələrinin verdikləri qərarlar arasındakı fərq təxmini on faiz təşkil edib. Bundan əlavə bəlli olub ki, qərarın verdikləri zaman və informasiyanın toplanması kimi amillər əsas rol oynayır. Kişilər qadınlara nisbətən daha tez və müstəqil qərar qəbul edir. Qadınlar isə alınacaq qərarı hərtərəfli düşünməyə və bunun üçün müxtəlif rəylər öyrənməyə üstünlük verirlər.

Tədqiqatçıların fikrincə qadın məntiqinin kişilərə nisbətən daha bir üstün cəhəti də öz fikir və düşüncələri ilə ətraf mühitlə bölüşməsidir.

Tarix
2017.03.04 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla