Yuxarı

Xidmət müddəti artırıldı: Düşmən ordusunda xaos

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə naziri Vigen Sərkisyanın bu yaxınlarda təqdim etdiyi “millət-ordu” ideyası narazılıqla qarşılanıb.

Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti ordunun acınacaqlı vəziyyətdə olduğunu əsas gətirərək, hökumətin saxta vətənpərvəlik yaratmaq niyyətində olduğunu düşünür.

“Belə ideyalarla ordudakı nöqsanları gizlətmək istəyirlər”, - bu ideyanı tənqid edənlər belə deyir.

Ermənistan mediasında yayılan məlumata görə, “millət-ordu” ideyasının hədəflərindən biri də ordudakı xidmət müddətini 3 ilə qədər artırmaqdır.

Bu informasiyanı şərh edən erməni ekspert Manvel Sərkisyan belə niyyətin olduğunu istisna etməyib.

O, Ermənistanda cəmiyyətin “kasta”lara bölündüyünü, yuxarı “kasta”nın milli sərvətləri mənimsədiyini deyib.

“Aşağı “kasta”lar isə işləmək və döyüşmək üçün lazımdır. Aprel müharibəsi göstərdi ki, döyüşənlərin hamısı aşağı təbəqədən olan ailələrin övladlarıdır. Orduda xidmətin 3 ilə qədər artırılması ilə bağlı yayılan informasiyaların doğru olması ehtimalı böyükdür. Əslində, hər şey cəmiyyətin bölünməsi üzrə baş verir. Yəni aşağı “kasta”lar yuxarıların da əvəzinə xidmət etməlidir. Digər tərəfdən, burada pul faktoru da ola bilər. Orduda korrupsiyanın olması faktı artıq adiləşib. Xidmətin artırılması isə yeni pul mənbəyidir”, - o, bildirib.

Qeyd edək ki, xidmətin 3 ilə qədər artırılması ilə bağlı informasiyanın yayılmasından sonra Ermənistan ictimaiyyəti ilə yanaşı, orduda da etirazlar artıb. Xüsusilə valideynlər buna qarşı çıxırlar. Orduda narazılıq yaradan digər məqam isə gənc əsgərlərin ön cəbhəyə yerləşdirilməsidir. Hətta əsgərlər arasında posta çıxmaqdan imtina edənlərin olduğu da deyilir.

Erməni ekspertlər Aprel müharibəsindən sonra hakimiyyətin “bir il ərzində müdafiə xətti o qədər gücləndirilib ki, onu yarmaq mümkün deyil” sözlərinin yalan olduğunu deyirlər.

M.Sərkisyan da müdafiə xəttinin yararsız olduğunu bildirib.

“Xüsusilə kasıb ailədən olan 18 yaşlı uşaqların cəbhəyə yola salınması bizim müdafiəmizin sıfır səviyyədə olduğunun sübutudur. Rəqib (Azərbaycanı nəzərdə tutur) ən təhlükəli yerlərdə xüsusi təlim keçmiş müddətdən artıq əsgərlər yerləşdirir. Aradakı fərq budur. Bu gün orduda aktual problemlər həll edilmir, əvəzində pul tələsi olan müddətin artırılması kimi məsələlər ön plana çəkilir”, - ekspert vurğulayıb.

Tarix
2017.04.29 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla