Bu 5 məşhur maşını almayın!
15:20
| Ana səhifə Planet |
|
22 ildir PKK/YPG terror təşkilatının heyətində olan və terrorçuların yetişməsində mühüm rol oynayan “Çiya Rus” kod adlı Mərdəli Süleymanov öldürülüb.
Axar.az Sabah qəzetinə istinadən xəbər verir ki, YPG hərbi uğursuzluğunu gizlətmək üçün onun avtomobil qəzasında öldüyünü açıqlasa da, türk ordusuna yaxın dairələr terrorçunun Qaraçoq əməliyyatı zamanı məhv edildiyini müəyyənləşdirib.
22 il əvvəl rus ordusundan qaçıb qanunsuz yollarla PKK-ya qatılan Mərdəli Süleymanov xüsusilə rus mənşəli silahlardan istifadədə peşəkar idi.
Qeyd edək ki, Türkiyə qırıcıları Qaraçoq və Sincarda əməliyyatlar zamanı 100-ə yaxın terrorçunu zərərsizləşdirib. Bu hücum ABŞ, Rusiya və İran tərəfindən narahatlıqla qarşılanıb.
|
Tarix
2017.05.04 / 11:22
|
Müəllif
Aqşin Evrən
|