Yuxarı

Ər-Riyaddan aldığınız 500 milyardı qaytarın, onda... - İran

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin sədri Əli Laricani ABŞ və Səudiyyə Ərəbistanına qarşı sərt bəyanatlar səsləndirib.

Axar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinə və Ər-Riyadda Terrorizmə Qarşı Mübarizə Mərkəzinin açılışına toxunan Laricani Səudiyyəni terrorizmin əsas beşiyi adlandırıb.

“Amerikalılar Ər-Riyadı terrorizmə qarşı mübarizə mərkəzi adlandırdılar. Düz də elədilər, çünki terrorizmin ixrac olunduğu yer də oradır. Cənab Tramp seçki kampaniyası aparanda ABŞ-ın ağır iqtisadi problemlərinə toxunaraq demişdi ki, o, seçkilərdə qalib gəlsə, ölkənin infrastrukturunu yenidən bərpa edəcək. Ekspertlər də fikirləşirdilər ki, görəsən, Tramp bunun büdcəsini hardan təmin edəcək. İndi bəlli olur ki, bu büdcə müsəlman Səudiyyə əhalisinin milli sərvətinə qarşı edilən oğurluqla təmin edilir.

Cənab Tramp, siz Amerika iqtisadiyyatını dirçəldib inkişaf etdirmək üçün Səudiyyə hökumətindən aldığınız 500 milyard dolları verin region ölkələrinin inkişafına sərf olunsun və həmin ölkələrin gəncləri gedib terrorçu qrupların tələsinə düşməsinlər”, - Laricani bildirib.

Xatırladaq ki, mayın 21-də Səudiyyə Ərəbistanına səfər edən Donald Tramp 55 müsəlman ölkəsinin liderlərinin iştirakı ilə Ər-Riyadda keçirilən konfransda çıxış edərək, İranın beynəlxalq terrorizmə dəstəyindən danışıb. Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdüləziz əl-Səud isə həmin konfransda İranı dünya terrorizminə rəhbərlikdə günahlandırıb.

Tarix
2017.05.24 / 16:10
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla