Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
02:06
| Ana səhifə Planet |
|
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərini təxirə salıb.
"Axar.az" xəbər verir ki, Ərdoğan Manisanın Soma mahalında mədəndə baş verən hadisə ilə bağlı olaraq Albaniyaya səfərini təxirə saldığını bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan Albaniya Baş naziri Edi Rama ilə telefonda danışaraq Somada baş verən hadisə ilə əlaqədar Tiranaya səfərinin təxirə salınmasının daha məqsədəuyğun olduğunu deyib.
Albaniya Baş naziri Rama isə Somadak faciənin özlərini də dərindən kədərləndirdiyini bildirərək, Albaniya xalqı adından faciədə həyatlarını itirənlərin ailələrinə başsağlığı, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, Baş nazir Ərdoğan Manisada mədən faciəsinin yaşandığı Somaya gedəcək.
|
Tarix
2014.05.14 / 02:12
|
Müəllif
Pərviz Həsənov
|