Yuxarı

Endryu Aleksandr: “Putin homoseksualdır” – Sensasiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Endryu Aleksandr: “Putin homoseksualdır” – Sensasiya

Homoseksuallarla aktiv mübarizə aparan şəxsin özü homoseksualdır.

"Axar.az" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin haqqında tanınmış amerikalı jurnalist Endryu Aleksandr deyib. Bu məsələyə öz bloqunda geniş yer verən media mənsubu qeyd edib ki, o, Putinin gizli həyatı ilə bağlı yazmağa 2004-2006-cı illər ərzində evində xadimə işləmiş, hazırda isə Amerikada yaşayan xanımla söhbətindən sonra qərar verib. Onun sözlərinə görə, müsahibi 2009-cu ildə Amerikaya köçüb və hazırda Kaliforniyada yaşayır. Aleksandr xatirələrini belə nəql edir:

"Doğrudur, Putinin həyatı barədə çoxlu materiallar oxumuşam. Amma həmişə məni bir məsələ maraqlandırıb - nədən Putini belə baxımlı, gözəl bədən quruluşlu gənclər əhatə edir? Hətta əksər hallarda o, rəsmi görüşlərə belə arvadını aparmırdı, yalnız seçdiyi gənclərlə idi. Doğrudur, rus bloqçuluğunda Putinin intim həyatı barədə yetərli sayda xəbərlər topladım, lakin faktsız, əsassız. Bəxtim Yakutiyaya səfərimdən sonra gətirdi. Orada unudulmaz günlər keçirdim. Kaliforniyaya qayıtdıqdan sonra isə xatirələrimi dostlarımla bölüşdüm. Və hər dəfə homoseksuallıqla bağlı suallarımda ehtiyatlı davranırdım, düşünürdüm ki, vahiməli görünüşlü rus oğlanları başımı kəsər. Sonra məlum oldu ki, bunlar boş şeylərdir. Rusiya mehmanxanalarının birində özümə asanlıqla tərəfmüqabili tapdım və bu barədə bloqumda geniş şərhlər verdim".

Qeyd edək ki, Aleksandr Putinin qeyri-ənənəvi orientasiyası barədə məqama da aydınlıq gətirib:

"Günlərin birində olduqca maraqlı məktub aldım. Açdım, sual olunurdu ki, Putinin şəxsi həyatı mənə maraqlıdımı? Əlbəttə ki, heç düşünmədən razılığımı bildirdim. Onunla görüşdük. Anladım ki, qadındı və söhbətimiz hərarətli olacaq. Xanım özünü Alyona kimi təqdim etdi. Putinin xadiməsi işlədiyini deyəndə yerə-göyə sığmadım. Vaxtı uzatmadan işə keçdi. Bildirdi ki, Rusiyada homoseksuallıqla mübarizə məsələsini qabartmağa çalışırlar. Çünki yuxarıların özü bu yolun yolçularıdır. Kremlin özü bu işlərin içində itib-batır. Dedi ki, bir xadimə kimi, o, heç vaxt prezident iqamətgahında Putinin arvadını görməyib. Əksinə, Vladimir Vladimiroviç dəfələrlə gənc oğlanların əhatəsində ora gəlib, o adamlar ki, siyasətçi saymaq olmazdı. Onlar maşınlardan düşərək ya qonaq otağına, ya da qaraja istiqamət alardılar. Xanım xadiməçi vurğulayırdı ki, onların içəridə hansı işlərlə məşğul olduğunu görmürdülər. Amma əminliklə həmin gənclərin sifarişlə gələn oğlanlar olduğunu duyurdular. Hətta günlərin birində Putinin arvadı Lüdmila aqressiv şəkildə bu oyunların üstünün açılacağını desə də, prezident təpkiyə əsəbi şəkildə cavab veribmiş. Daha sonra xanım xadimə rəfiqəsinin dəfələrlə Putinin otağından qəribə səslər eşitdiyini deyirmiş. O, gənc siyasətçiləri sevərdi. Hətta yaxın dostları ilə saunada çimərkən şefin mühafizəçiləri sifarişlə gələn gənc oğlanlar çağırardılar".

Diqqətə çatdıraq ki, amerikalı jurnalist rus xanımından Putinin Alina Kabayevayla münasibətinə də aydınlıq gətirib:

"Biz onunla Kabayeva-Putin münasibətlərinə də aydınıq gətirdik. Keçmiş xadimə bildirdi ki, Kabayeva Putin üçün sadəcə, ictimaiyyətə, mətbuata görə lazımdır. Ancaq gördükləri onu əmin etmişdi ki, Putinin gənc oğlanlardan xoşu gəlir. Doğrudur, bunları əminliklə demək bir qədər çətindir, lakin Moskvaya səfər edən bəzi amerikalı siyasilər Kremldə bu yöndə məsələlərin hərarətli olduğunu bildirirdilər".

Endryu Aleksandr sonda oxucularına satqın Kaluqinin fikirlərini də çatdırıb. O bildirirdi ki, məşhur xəfiyyə Aleksandr Litvinenko və tanınmış jurnalist Artyom Borovik məhz Putinə görə öldürülüblər. Onlar Rusiya prezidentinin homoseksual olduğu barədə geniş məlumata malik imişlər. Hətta birincidə dəlilli səs yazıları da olubmuş.

Xatırladaq ki, Rusiya prezidenti yazıda da xatırladıldığı kimi, həmişə cinsi azlıqlara qarşı öz kəskin mövqeyi ilə dünya siyasətçilərinin və mətbuatın gündəminə gəlib. Soçi Olimpiadası zamanı da Vladirmir Putin homoseksuallarla bağlı aqressiv mövqeyi ilə diqqət çəkmişdi. Putinin Avropanın bəzi tənqidlərinə qarşı cavablarında da homoseksullığın Qərb ölkələrində adi hala çevrildiyi ikrahla yada salınır və ittiham kimi irəli sürülür.

Qeyd: Putin həmçinin idmançı, peşəkar rus xəfiyyəsi kimi bir neçə döyüş növünü və atıcılığı bacaran, həmçinin dəmir xarakterinə görə dünya liderlərindən ciddi surətdə fərqlənən biri kimi obrazlaşdırılır. Məhz belə bir məqamda E.Aleksandrın bu məqaləsi və "sensasiya" adı ilə ictimailəşməsini təsadüfü saymamaq olar.

Tarix
2014.05.15 / 09:50
Müəllif
Elnur Elmanoğlu
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla