Yuxarı

Rusiyanın NATO-ya mane olduğu əməliyyatın – Detalları

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus casusları və diplomatları 2008-ci ildən bu yana Makedoniya cəmiyyətində təbliğat həyata keçirməklə onu parçalamağa çalışıblar.

Axar.az xəbər verir ki, bu iddia ilə Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqatları Mərkəzi çıxış edib. Makedoniya əks-kəşfiyyatının sənədlərini tədqiq edən təşkilat Moskvanın bununla ölkənin NATO-ya daxil olmasına maneə yaratmağa çalışdığını bildirib:

“Son 9 ildə Makedoniya Rusiya səfirliyi vasitəsilə güclü təxribatçı təbliğata və kəşfiyyat fəaliyyətinə məruz qalır. Makedoniyaya qarşı Rusiya əməliyyatı onun NATO-ya üzv olmağa cəhd etdiyi zaman həyata keçirilib. O zaman Makedoniyanı NATO-ya daxil olmağa Yunanıstanın bu üzvlüyə qarşı çıxması qoymamışdı. Kəşfiyyat fəaliyyəti Skopyedəki Rusiya səfirliyindəki Xarici Kəşfiyyat Xidmətinin agenti və Baş Kəşfiyyat İdarəsinin 4 casusu vasitəsilə həyata keçirilirdi. Birincilər Belqraddakı qərargaha, ikincilər isə Baş Kəşfiyyat İdarəsinin Sofiyadakı qərargahına tabe idilər”.

Rusiyalı agentlər daha çox Daxili İşlər və Müdafiə nazirliklərinin keçmiş və indiki əməkdaşlarını öz tabelikləri altına almağa cəhd ediblər. Burada məqsəd isə təlim görmüş insanların müəyyən siyasi şəraitdə Rusiya maraqları üçün istifadəsi olub. Lakin bunun nə qədər uğurlu olması bəlli deyil.

Rusiya həmçinin Makedoniya KİV-lərini də öz yanına çəkməyə cəhd edib. Belə ki, bu KİV-lərin nümayəndələrinə müxtəlif pul mükafatları təklif edilib, eləcə də Rusiya siyasətini yaymaqdan ötrü albanlara hədəflənən qəzetlər dəstəklənib. Təşkilat Rusiyanın bu cür yumşaq güc vasitəsilə Makedoniyanı Qərb təsirindən təcrid etməyə çalışdığını bildirib. Burada xüsusi olaraq panslavyanizm ideologiyasının pravoslav kilsəsi vasitəsilə yayılmasına diqqət yetirilib.

Makedoniya əks-kəşfiyyatına aid sənəddə həmçinin Rusiya səfirliyinin 30 dostluq assosiasiyasına kömək etməsi, Skopyedə mədəniyyət mərkəzi açması, pravoslav kilsələrinin tikintisinə sponsorluq etməsi vurğulanıb. Təşkilatın əldə etdiyi başqa sənəddə isə Makedoniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələrindən biri Nenad Kolevin Rusiya səfiri Oleq Şerbakla aprelin 7-dəki görüşü yer alıb. Görüş zamanı Şerbak Rusiyanın məqsədinin Balkanlarda neytral ölkələr qurşağı yaratmaq olduğunu deyir. Burada söhbət xüsusilə Monteneqro, Bosniya və Hersoqovina, Makedoniya və Serbiyadan gedir. Səfir həmçinin Makedoniya hökumətinin Kremli çox dəstəkləməməsini və bunun qarşılığının olacağını söyləyir.

Qeyd edək ki, son günlər keçmiş Yuqoslaviya ölkələrindən ən ağır vəziyyət Makedoniyada müşahidə edilir. Ölkə uğrunda Rusiya və Qərb ölkələri arasında savaş gedir. Hazırda hakimiyyətdə olan Prezident Georgi İvanov müxtəlif vasitələrlə qərbyönlü parlamentin fəaliyyətinə maneə yaratmağa çalışır.

Tarix
2017.06.05 / 15:17
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla