Yuxarı

Türk əsilli alman futbolçu Suriyada öldürüldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk əsilli alman futbolçu Suriyada öldürüldü - Foto

Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü Burak Karan Suriyada gedən döyüşlərdə həyatını itirib.

"Axar.az"ın xəbərinə görə, bu barədə "Bild"ə onun bacısı Zuhal açıqlama verib.

Bacısı bildirib ki, Burak 20 yaşında ikən karyerasını bitirib və yalnız cihaddan bəhs etməyə başlayıb. Türk əsilli sabiq futbolçu "Əl-Kaidə" ilə əlaqədə şübhəli bilinərək, təqib edilib. Lakin tutulmasına ehtiyac duyulmayıb. Daha sonra Burak vəhabilərə qoşulub. O, Suriyadakı müxafilət qüvvələrinə yardım üçün dərman və ərzaq toplayaraq, müharibə bölgəsinə göndərib. Lakin yardımların yerinə çatmadığını öyrənən Burak 7 ay öncə həyat yoldaşı və 2 övladı ilə birgə Türkiyə - Suriya sərhədinə üz tutub. O, Suriya ərazisinə keçərək, Bəşər Əsəd qüvvələrinə qarşı vuruşub. Oktyabrın 11-də Azaz qəsəbəsində gedən döyüş zamanı qarşı tərəfdən atılan bombanın partlaması nəticəsində sabiq futbolçu ölüb. İndi qardaşı Mustafa onun 23 yaşlı həyat yoldaşı Gülsümü, eləcə də 3 yaşlı oğlu Abdulla ilə 10 aylıq Əbdürrəhmanı qaçqın düşərgələrində axtarır ("Lent.az")

Tarix
2013.11.18 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla