Bu xəstəliklər xərçəngə çevrilə bilər - Xəbərdarlıq
02:25
Ana səhifə Planet |
Rusiya Prezidenti Vladimir Putinlə Bəhreyn kralı Həmad bin İsa əl Xəlifə arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Sentyabr ayında Moskvada baş tutan Rusiya-Bəhreyn sammitində əldə edilən razılıqlarla bağlı fikir mübadiləsi aparıldı. Eyni zamanda son illər ölkələr arasındakı iqtisadi əlaqələrin dinamik inkişafından söz açıldı”, - məlumatda deyilib.
Bundan əlavə, liderlərin Qətər və Körfəz ölkələri arasında yaşanan böhran barədə də müzakirə apardığı bildirilib.
Tarix
2017.07.01 / 19:00
|
Müəllif
Kamran Ədalət
|