Dünya xəritəsindəki bir çox yaşayış məskənləri, materiklər,
çaylar, adalar məhz səyyahların səyi nəticəsində kəşf olunub. Bu
günün də səyyahları az deyil. Sadəcə, fərq ondadır ki, müasir
səyyahlar sələfləri tərəfindən kəşf olunmuş yerləri gəzir,
özlərinin dünyagörüşünü artırırlar. Bizim bu yazımızda haqqında
bəhs etdiyimiz səyyah da dünyanı dolaşmaqda özünün bilmədiklərini,
millətlərin, ölkələrin tarixini öyrənməklə uzun, lakin üzücü
olmayan bir yolun yolçusuna çevrilir. O bu sahədə tək olmadığı üçün
fəxr edir.Bu sahəyə bağlı olan təşkilatları da var.
Bir neçə gündür ki, Azərbaycandadır. Səyahəti zamanı yüzlərlə
sürücünün köməyindən bəhrələnib.
Haqqında bəhs etdiyim səyyah Rusiyanın Sankt-Peterburq şəhər
sakini otuz üç yaşlı DmitriVorontsovdur. Dediyimiz kimi, bu dəfə o
məhz, Azərbaycanı daha da yaxından tanıyıb öyrənmək üçün uzun bir
yolu qət edib.
Dima ilə Axar.az-ın redaksiyasında görüşdük. İlk sualımda elə
onun işi ilə bağlı oldu.
-Bildiyimiz qədər səyyahsınız. Maraqlıdır, neçə ölkə
gəzmisiniz?
-Demək olar ki, ondan çox ölkə gəzmişəm. Məsələn, Qazaxıstan,
Qırğızıstan, Ukrayna, Gürcüstan, Çeçenistan, sizin qardaş ölkəniz
Türkiyə, hazırda Azərbaycandayam və s... Hətta artıq ikinci dəfədir
burdayam, keçən il Qazaxda olmuşdum.
Azərbaycan banditlər ölkəsidir
-Qazaxa qonaq dəvət ediblər,
yoxsa?
-Bəli. Sizin azərbaycanlıları Gürcüstanın maşın bazarında
görmüşdüm. Onlarla maraqlı söhbətlər edib tanış olmuşdum.
Bilmişdilər ki, səyyaham, Qazaxa dəvət etmişdilər. Qazaxdan idilər.
Düzdür, çox gəzə bilməyib, Gürcüstana qayıtmışdım. Elə o vaxtdan
arzum idi ki, Azərbaycan gəlib daha da yaxından tanış olum.
Bilirsiniz, bizim ölkədə bəzən Azərbaycanın adı çəkiləndə yalnız
iki fikri söyləyirlər: "Banditlər ölkəsidir və Xəzər
ölkəsidir".
Əslində, Rusiyada...
-Siz artıq bir neçə gündür ki, Azərbaycandasınız və
bir neçə regionugəzmisiniz. Sizcə, bura banditlər
ölkəsidir?
-Yox, əlbəttə ki... Əksinə, mənə burda gəzib-dolaşmaq daha
rahatdır. Mən deyərdim ki, bizim Rusiyada banditlər daha çoxdur.
Hələ burda banditlə rastlaşmamışam. Sizin ölkə çox qonaqpərvərdir,
qısa olaraq ancaq müsbət fikirlər deyə bilərəm. Bir sözdə deyim ki,
Xəzəri çox sevirəm, orada çimmək istəyirəm. Birdə həm istəyim, həm
də arzumdur ki, Rusiyada da Xəzər dənizi olsun.
Səyyah olduğum üçün...
-Ondan çox ölkə gəzmisiniz. Maraqlıdır, neçə ildir
səyyahsınız?
-Artıq on ildir səyyaham və bu seçimi
özüm etmişəm. Mənə xoşdur. Bəzən soruşurlar ki, yorulmursan, peşman
deyilsən? Axı niyə peşman olum, əksinə, mən ölkələr gəzdiyimə görə
zövq alıram. Hətta səyyah olduğum üçün həyatda özümü çox şanslı
sayıram.
Sevdiyim qızı gətirib Azərbaycanda
yaşayardım
-Səyahət etdiyiniz ölkələrdən ən çox hansı xoşunuza
gəlib və orada məskunlaşıb yaşamaq istərdiniz?
-Düzünü desəm, Azərbaycan və Ukrayna.
Azərbaycan çox gözəldir, mən təsəvvür etdiyimdən də artıq. Burada
hər dayanacaqda avtobusun vaxtını dəqiq bilmək üçün monotor var,
şəhərdə hara getmək istədiyini bilmək üçün xəritə asılıb, işıqfor,
hər tərəfdə,hər addım başı internet klub, bahalı maşınlar, gecələri
işıqlı, insanları qonaqpərvərdir, bir sözlə - çox gözlədir. Mən
gecələr Bakı küçələrini gəzirəm, hər tərəf alışıb yanır. Sizin ölkə
bizim ölkəyə nisbətən çox varlıdır. Bizdə isə bunlar yoxdur, hətta
işıqfor belə deyil (gülümsünür). Həmdə Azərbaycanda pulsuz
səyyahlıq etmək asandır, Rusiyada isə yox. Ukrayna isə sevdiyim
qıza görə, xoşuma gəlib. Sevdiyim qız məni sevsəydi, onu da gətirib
Azərbaycanda yaşayardım.
Rusiya iqtisadi cəhətdən çox kasıb ölkədir
-Öz ölkənizdən yaman narazısınız. Bilmək olar
səbəbini?
-Bilirsiniz, Rusiya və Ukrayna
hadisələrinə görə, mənim ölkəm məni sevdiyim qızdan ayırdı. Həm də
baxıram da, sizin ölkədə olanlar bizdə yoxdur. Bayaq dediyim kimi,
Rusiya iqtisadi cəhətdən çox kasıb ölkədir. Mən şəxsən Rusiya və
Ukrayna arasında dövlət səviyyəsində baş verən hadisələrə çox pis
oluram. Mənim Kiyev, Lvov, İvano-Frankovskda yaxşı səyyah dostlarım
var ki, bütün bu baş verənlərə üzülürük, məcburən əlaqələrimizi
kəsirik. 2014-cü ilin fevral ayında qərbi Ukraynaya səyahət
etmişdim. Bir sürücünü saxlatmışdım, məni yolda qoymamışdı. Lvov
sakinləri o sürücünü təhqir etmişdi ki, onlar bizim
düşmənlərimizidir, məni təhqir etmişdilər. Ukrayna əhli bizi faşist
adlandırır, hətta haqqımızda təhqiredici sözlərdə yağdırır.
Əlinə balta alıb üstümə cumdu ki,
doğrayacağam
-Azərbaycan haqqında çox müsbət fikirdəsiniz, bu
mənim üçün çox xoşdur. Bəs bu neçə gündə başınıza gələn maraqlı
hadisə və ya rastlaşdığınız hansısa yadda qalan hadisə
olub?
-Əlbəttə, olub (gülür). Deməli, burda
da səyyah dostlarım var - Həmid və Həsən. Onlarla bir yerdə
qalıram. Həmid əslən qubalıdır, məni Qubaya apardı. Orda bir nəfər
mənimlə tanışlıq zamanı bilmişdi ki, rusiyalıyam, Həmidlə dalaşıb
əlinə balta götürüb üstümə gəldi ki, bu dəqiqə bu əclafı
doğrayacağam. Camaat bunu güclə saxlayıb, məndə bilmirəm məsələ nə
yerdədir. Sonra sakitləşdi, söhbət etdim.... Deyir ki, Rusiyada
sizin vəziyyətə baxanlar məni obyektimdə döyüb pulumu almışdılar,
polisə şikayət etmişdim, özümü deportasiya etdilər. O-bu, sizin
millətə nifrət edirəm, özümə söz vermişdim ki, harada rus görsəm
vurub öldürəcəyəm. Amma sonra mənimlə dostlaşdı, evinə qonaq
apardı.
İkinci maraqlı bir şey danışım, Qubada pir var, adını bilmirəm.
Ancaq onu gördüm ki, Həmid və başqaları piri ziyarət edib, arzu
tutub ağaca parça bağlayırlar ki, arzuları gerçək olsun. Mən isə
vaxtın azlığından ağaca parça bağlaya bilmədim ki, arzum
gerçəkləşsin.
Arzum sevdiyim qıza qovuşmaqdır
-Bilmək olarmı arzunuz nədir?
-Əlbəttə... Arzum sevdiyim ukraynqıza qovuşmaqdır, çünki o
məndən ayrılıb. Rusiya və Ukrayna proseslərinə görə (sevdiyi qızın
şəklini göstərir).
Pul kolleksiyası toplayıram
-Əlinizdəki pulları gəzdiyiniz müxtəlif ölkələrdən
toplamısınız, yoxsa?
-Əksəriyyəti səyahət etdiyim ölkələrin pullarıdır. Amma səyyah
dostlarımda hansısa ölkəyə aid olan pullardan mənə hədiyyə ediblər.
Məndə saxlayıram. Demək olar ki, hər ölkəyə aid olan puldan
kolleksiya toplayıram. Sizin puldan da var. (1 manat və qəpikləri
göstərir).
Sizin pul avroya çox bənzəyir
-Bəs, ən çox xoşunuza gələn pul
hansıdır?
-Malayziyanın və sizin pulda çəkilən rəsmlər çox xoşuma gəlir.
Sizin pul avroya çox bənzəyir (pulun bənzərliyini göstərir).
Məni ingilislərə oxşadırlar
-Bu, sonuncu sualımdır, istəmirəm vaxtınızı alım.
Azərbaycan haqda bu qədər müsbət fikirlər söylədiniz. Ola bilməz
ki, xoşunuza gəlməyən nəsə olmasın. Varmı nəsə?
-Var! İnanın özüm deyəcəkdim, əgər
soruşmasaydınız. Bilirsiniz, nə xoşuma gəlmir?! Burada məni
tanımayanlar ingilislərə oxşadır. Elə bilirlər ki, ingilisəm. Bu da
xoşuma gəlmir...