Yuxarı

ABŞ-dan Türkiyənin S-400 almasına reaksiya: Risklidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin alacağı S-400 zenit raket sistemlərinin NATO texnikası ilə uyğunluğu sual altındadır.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib. Mettisin sözlərinə görə, yalnız alınan zenit raket sistemlərinin Türkiyəyə çatdırılmasından sonra nəticələri görmək mümkün olacaq.

“Problem bundadır ki, Rusiya istehsalı S-400-lər NATO texnikaları ilə birlikdə fəaliyyət göstərə biləcəkmi? Onlar heç vaxt bir-birinə uyğun gəlməyəcək. Türkiyə həqiqətən də bu sistemləri yalnız müəyyən edilmiş zonada tətbiq edəcək?”, - deyə Pentaqon lideri sual edib.

Xatırladaq ki, iyul ayının 13-də yayılan informasiyaya görə, Türkiyə Rusiyadan 4 ədəd S-400 raketləri almaq üçün 2.5 milyard dollar ödəyəcək.

Tarix
2017.07.15 / 13:08
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla