Yuxarı

İrəvan Qərbə Rusiyaya təsir üçün lazımdır - Markov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Qərbə Rusiyaya təsir üçün lazımdır - Markov

Rusiyanın tərəfdaşı Qərblə münasibətləri yoluna qoymağa cəhd edəndə Moskva öz maraqlarına uyğun olaraq buna səbirlə yanaşır.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.

“Moskva Ermənistanın Qərblə münasibətlərini yoluna qoymasına səbirlə yanaşır. Belə ki, Qərb maliyyə və texnologiya mənbəyidir və bu istənilən dövlətə lazımdır. Lakin belə məsələlərdə ortaya çıxan əsas problem bu qarşılıqlı əlaqənin və əməkdaşlığın sərhədlərinin hara qədər olmasındadır. Ermənistanla Avropa Birliyi arasında hazırkı razılaşmanın mahiyyətini müəyyən etmək çətindir. Onun detallarını müəyyən edib, başa düşmək lazımdır ki, burada Ermənistanın Qərbin geosiyasi maraqlarına tabe etdirilməsi və Rusiyaya qarşı siyasi müharibəyə məcbur edilməsi üçün elementlər varmı? Ona görə də bu məsələ hələ açıq qalır. Rusiya öz tərəfdaşlarının Qərblə münasibətlərinə etiraz edə bilməz, amma bu münasibətlər Moskvanın maraqlarına zərər vursa, Rusiya etirazını bildirəcək. Avropa Birliyi üçün postsovet məkanı Rusiyaya zərər vurulması üçün vasitədir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qərb üçün Ermənistan Rusiyaya qarşı siyasi savaş aparılacaq məkandır:

“Bu gün Qərblə Rusiya arasında geosiyasi təsir uğrunda mübarizə gedir. Bu mübarizə fonunda Rusiya postsovet ölkələri ilə münasibətlərini maksimal şəkildə yoluna qoymaq istəyir. Ermənistan indiki vəziyyətdə Qərbə təsir vasitəsi kimi lazımdır. Rusiyanın bazasının, vahid ordu birləşmələrinin olduğu, Moskva ilə Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla bağlı olan İrəvan çətin ki, Avropa Birliyi ilə konstruktiv dialoq qura bilsin”.

Tarix
2017.07.19 / 14:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Forumda sənədlər mübadilə edildi - Foto

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla