Yuxarı

İraq işğal edilir: Səddamın şəhəri də ələ keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq işğal edilir: Səddamın şəhəri də ələ keçirildi

19:37

İraq-Şam İslam Dövləti Suriyanın ardından İraqı da cənginə almağa başlayıb.

Axar.az xəbər verir ki, 6-7 min əsgəri gücə sahib olan İŞİD Mosulu ələ keçirdikdən sonra cənuba doğru irəliləyir. İŞİD-in İraqın içərilərinə doğru irəliləməsi xəritə üzərində daha aydın əks olunub.

Qeyd edək ki, İŞİD 2004-cü ildə "Tövhid və Cihad" adıyla Əbu Musa Zərkavi tərəfindən İraqda yaradılıb. Sonra Usamə bin Laden liderliyindəki Əl Qaidəyə qatılıb. Əl Qaidəyə qatıldıqdan sonra adını "Mesopotamiyada Əl-Qaidə" olaraq dəyişdirib

20:09

Mosul və Kərkükün bəzi bölgələrini ələ keçirən İraq Şam İslam Dövləti bu gün də İraqın sabiq lideri Səddam Hüseynin doğulduğu Tikrit şəhərini nəzarət altına alıb.

Tikrit Şimali İraqda Mosuldan sonra tamamilə ələ keçirilən ikinci şəhər olub. Salahaddin vilayətinin paytaxtı olan Tikrit, Mosul ilə İraqın paytaxtı Bağdadın tam ortasında bir kouma sahib.

Təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, İŞİD xadimləri şəhərin şimalı, qərbi və cənubundan nəzarəti ələ keçirib. İŞİD-in 300-ə qədər nümayəndəsi isə həbsxanadan azad edilib.

Aşağıda verilən xəritədə İŞİD-in Suriyada və İraqda nəzarətində olan bölgələr əks edilib.

Tarix
2014.06.11 / 20:09
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla