Yuxarı

Rusiya alimləri süni torpaq yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İldən-ilə pisləşən ekoloji vəziyyət ona gətirib çıxara bilər ki, tezliklə planetimizi “yaşıl” adlandırmaqdan imtina edə bilərik. Torpağın çirkləndirilməsi bu sahədə vəziyyəti daha da çətinləşdirir.

Bunu nəzərə alan Rusiyanın Sibir Federal Universitetinin alimləri Krasnoyarskda torpağın rekultivasiyası (bərpası) üçün süni torpaq ixtira ediblər.

Axar.az Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun saytına istinadla xəbər verir ki, zahiri görünüşə görə süni torpaq yüngül xalçanı xatırladır və onu praktik olaraq istənilən yerdə sərmək mümkündür. Sini torpağa biomat adı verilib. O, uzun müddət möhkəmliyi saxlamağa icazə verən, xüsusi tərkiblə hopdurulan təbii lifə əsaslanır. Həmin əsasa bioloji aktiv əlavələri və təbii mənşəyin əlaqələndirici maddələrini özündə saxlayan üzvi aşqarlar vurulur. Ehtiyac yarananda biomatın tərkibinə süni torpağın suyu saxlamaq qabiliyyətini artıran hidrogellər əlavə etmək olar.

Tədqiqatın müəlliflərindən olan Alyona Burnovanın sözlərinə görə, biomat dörd-beş il ərzində tamamilə parçalanır. Onun parçalanma məhsulları bitkilərin inkişafını təmin edərək torpaq peyininin bir hissəsinə çevrilir. Biomat texnogen-pozulmuş torpaqların rekultivasiya prosesini əhəmiyyətli dərəcədə sadələşdirməyə və sürətləndirməyə imkan verəcək, xüsusilə sərt iqlim şəraitinə malik şimal ərazilərində faydalı rol oynayacaq.

Tarix
2017.09.26 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla