Yuxarı

İhsanoğlu rəsmi Tvitter hesabını açıqladı – Foto/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İhsanoğlu rəsmi Tvitter hesabını açıqladı – Foto/Video

Türkiyədə CHP və MHP-nin prezidentliyə namizəd olaraq təklif etdiyi Ekmələddin İhsanoğlu yayımladığı video ilə rəsmi Tvitter hesabını açıqlayıb.

Axar.az xəbər verir ki, "Yutub" video paylaşım saytında video yayımlayan İhsanoğlu mesajında belə deyib: "Mənim adıma açılan müxtəlif Tvitter hesablarından mənə aid olmayan bəyənatların yayımlanmasından sonra fərziyyələrə son nöqtəni qoymaq istədim".

İhsanoğlu paylaşdığı videoda bunları da qeyd edib: "Sizinlə əhəmiyyətli bir qeydi paylaşmaq istəyirəm. Mənim rəsmi Tvitter hesabım "@profdrihsanoglu"dur. Bundan başqa adıma olan bütün Tvitter hesabları saxtadır, lütfən onlara etibar etməyin, təşəkkür edirəm".

İhsanoğlu dünən məsciddən çıxarkən etdiyi açıqlamada adına bir neçə saxta Tvitter hesabının açıldığını bildirərək, belə demişdi: "Şəxsi Tvitter və Feysbuk hesabım yoxdur. Yaxın günlərdə açacağıq. Adıma açılan profillərlə əlaqədar şikayət edəcəyik. Tvitter hesabımı yaxında mətbuata bildirəcəyik".

Tarix
2014.06.21 / 09:15
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla