Yuxarı

Ata İŞİD-də döyüşən oğlanlarından imtina etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ata İŞİD-də döyüşən oğlanlarından imtina etdi - Video

Britaniya vətəndaşı Əhməd Mutxan İŞİD sıralarında vuruşduqları üçün iki oğlundan imtina edib.

Axar.az xəbər verir ki, Əhməd Mutxan Britaniya mətbuatına verdiyi açıqlamasında bildirib ki, bir daha oğlanlarını görmək istəmir.

Dünən internetdə silahlı 3 nəfərin dünyanın bütün gənc müsəlmanlarını İŞİD sıralarına qoşulmaq üçün çağırışlar edən video yayılmışdı.

Onlardan biri Kardif Universitetinin 20 yaşlı keçmiş tələbəsi 17 yaşlı qardaşı ilə birlikdə öz həmvətənlərini Allah uğrunda vuruşmağa çağırırdı.

Əhməd Muxtan bildirib ki, əgər onun oğlanları Britaniyaya sağ qayıtsalar onların həbs olunmasını arzulayacaq.

Mutxanın böyük oğlu Nasir Kardiff Universitetinin nəzdindəki tibb kollecini bitirib. 8 ay əvvəl o, ailəsi ilə birlikdə ölkəni tərk edib.

"Mən çox heyfslənirəm. Mən Nasirin ora necə düşdüyünü bilmirəm. O, evə zəng edib qardaşı ilə danışdı. Mən elə hesab etdim ki, o Türkiyədədir. Elə bilirdim orada evlənib və bir daha geri qayıtmayacaq. Onun cihada qoşulacağını ağlıma belə gətirmirdim", - deyə Mutxan bildirib.

Tarix
2014.06.21 / 18:13
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla