Ana səhifə Planet |
Xarici işlər naziri Edvard Nalbəndyanın başçılığı altında Ermənistan nümayəndə heyətinin İsrailə səfəri çox qeyri-standartdır.
Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərlə görüşündə Knessetin keçmiş deputatı, politoloq Aleksandr Tsinker deyib.
Onun sözlərinə görə, dövlət rəhbərləri, yaxud xarici işlər nazirləri bu və ya digər ölkəyə səfər etdikdə hər şey müəyyən əvvəlcədən hazırlanmış protokol üzrə baş verir.
“Bu dəfə belə informasiya yoxdur. Məlum olan bircə odur ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Holokost muzeyini ziyarət edib”, - Tsinker bunu deyib və əlavə edib ki, bütün zəruri mərasimlər həyata keçirildikdən sonra qonaq İsrailin xarici işlər naziri və baş naziri ilə görüşəcək.
Bununla belə, keçmiş deputat qeyd edib ki, yerli KİV-lərdə Ermənistan nümayəndə heyətinin səfəri barədə heç bir məlumat yoxdur.
Tarix
2017.11.07 / 20:26
|
Müəllif
Axar.az
|