Yuxarı

İrəvan hərbiləşmədə birinci oldu: Ölkədə həyəcan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Avropada birinci, dünyada isə ən hərbiləşdirilmiş üçüncü ölkədir.

Publika.az xəbər verir ki, bu barədə “Global Militarization İndex”in analizində deyilir.

Hərbiləşmənin səviyyəsi bir ölkədə təhsil və səhiyyəyə ayrılan vəsaitlə müqayisədə hesablanır. Həmçinin, bu qiymətləndirmədə ümumi daxili məhsulun hərbiyə ayrılan hissəsi də əsas götürülür.

Erməni siyasi şərhçi Sarqis Artsruni Ermənistanın 2018-ci il dövlət büdcəsində səhiyyə və təhsilə ayrılan vəsaitin hərbiləşmə ilə müqayisədə az olduğuna diqqət çəkib.

“Bu, ölkəmizin “Global Militarization İndex”in növbəti siyahısında daha da “yüksələcəyi” deməkdir. Hərçənd, bu analiz ciddi həyəcan doğurur. Birincisi, hərbiləşmiş ölkələr bir qayda olaraq güclü vətəndaş cəmiyyətinə, azad iqtisadiyyata və keyfiyyətli siyasi sistemə malik olmurlar. Bu imic Ermənistanı xarici investorlar üçün ən sonuncu ölkə edir. Xarici investisiya hərbiləşmiş ölkələrdən uzaq durmağa çalışır, lakin təkcə ona görə yox ki, münaqişə var, həm də belə ölkələrdə qanun işləmir, ədalət prinsipi qorunmur. Hərbiləşmə Ermənistanın xarici siyasi imicinə də mənfi təsir edir”, - deyə o qeyd edir.

Erməni şərhçi əlavə edib ki, Ermənistanın hərbiləşmiş ölkə olması, ordunun güclü, yaxud müasir silahlara sahib olduğu demək deyil: “Əksinə, yoxsul büdcədən təhsil və səhiyyəyə ayrılacaq pullar kəsilərək orduya verilir. Bütün bunların fonunda Ermənistanın dəhşətli yoxsulluğu da göz önündədir”.

Tarix
2017.11.09 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla