İmişlidə qəza: 4 nəfər yaralandı
23:28
Ana səhifə Planet |
İtalya avtomobil istehsalçısı “Lamborgini” Roma Papasına “Huracan” idman avtomobilinin unikal versiyasını hədiyyə edib.
Axar.az xəbər verir ki, səhər saatlarında Vatikanda “Lamborgini” şirkətinin rəhbərliyini qəbul edən Roma Papası hətta adını qədim mayalıların külək tanrısından alan avtomobilin ön hissəsinə imza çəkib.
Məlumata görə, avtomobil hərrac mərkəzində satılacaq və satışdan əldə edilən bütün gəlir xeyriyyəçilik tədbirləri üçün Papa Fransiskin şəxsi sərəncamına veriləcək.
Roma Papasının əldə olunan vəsaiti nəzərdə tutulmuş 3 xeyriyyə layihəsinin icrasına sərf edəcəyi bildirilib.
Tarix
2017.11.15 / 17:00
|
Müəllif
Orxan Tağıyev
|