Yuxarı

Ramsfeld-Sərkisyan gizli görüşü: Ağ Ev niyə Bakı ilə yaxınlaşdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni ekspert, Tafts Universiteti yanında Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin əməkdaşı, keçmiş baş nazir Tiqran Sərkisyanın müşaviri Suren Sərkisyan Pentaqon arxivlərində yerləşən ABŞ-Ermənistan münasibətlərinə dair bəzi sənədləri yayıb.

Axar.az xəbər verir ki, Sərkisyan arxivlərdə apardığı araşdırmanı öz Feysbuk səhifəsində yayımlayıb. Sərkiyanın arxivlərdən əldə etdiyi sənədlər vasitəsilə 2001-ci ildə ABŞ Müdafiə naziri Donald Ramsfeldlə o vaxt Ermənistanın Müdafiə naziri olan Serj Sərkisyan arasında aparılan danışıqların bəzi detallarına aydınlıq gətirilib.

“Ramsfeld 2001-ci ildə Ermənistana ABŞ dövlət katibindən sonra gələn ikinci ən yüksək vəzifəli amerikalı məmur oldu. Sərkisyanla danışıqlarda bir sıra ciddi razılaşmalar əldə olundu. Pentaqon rəhbəri xüsusilə erməni həmkarından 1992-ci ildə ABŞ Konqresi tərəfindən keçmiş sovet respublikalarına dəstək üçün qəbul edilmiş “Azadlığa dəstək aktı” qanununa edilmiş 907-ci düzəlişin icra edilməsindən yan keçməklə bağlı Vaşinqtonun atacağı addımları dəstəkləməsini istəyib. 907-ci düzəlişə əsasən ABŞ hökuməti Azərbaycanın rəsmi strukturlarına Dağlıq Qarabağ ucbatından yardım etməyi qadağan edirdi. Düzəlişin qəbul edilməsi işinə ABŞ-dakı erməni icması böyük təsir göstərmişdi.

907-ci düzəlişin icrası ABŞ prezidenti tərəfindən 2002-ci ildən başlayaraq dayandırılır. ABŞ 2001-ci ildə Azərbaycanla beynəlxalq terrorizmə qarşı mübarizədə hərbi əməkdaşlıq qurmaqda maraqlı idi. 907-ci düzəliş Bakı ilə kontaktın aktivləşdirilməsində əsas maneə idi.

Erməni tərəfi Amerika-Azərbaycan əməkdaşlığının güclənməsinin Ermənistanı zəiflədəcəyi ilə bağlı ciddi narahatlığına baxmayaraq, amerikalıların fəaliyyətini dəstəkləməyə razılıq verdi. ABŞ-ın təklifi ilə razılaşan o zamankı Xarici İşlər naziri Vardan Oskanyan bəyan etdi ki, Ermənistan özünü arzuolunmaz ssenarilərdən tam olaraq sığorta edib. Onun sözlərinə görə, Azərbaycanın aldığı istənilən yardım Qarabağa qarşı istifadə edilə bilməzdi. Bundan sonra ABŞ Ermənistana hərbi və maliyyə yardımı edəcəyinə söz verdi. Erməni hökuməti isə ABŞ-a terrorizmlə mübarizədə yardım edəcəyini bildirdi. Əfqanıstan və İraqı işğal ərəfəsində amerikalılar digər dövlətlərin diplomatik dəstəyini əldə etməyə çalışırdılar.

O zaman amerikalılarla olan görüşlərin təşkilatçılığını Serj Sərkisyanın köməkçisi, indiki Müdafiə naziri Vigen Sərkisyan həyata keçirirdi. O bütün gizli danışıqlarda iştirak edirdi və bütün materiallara giriş əldə edirdi”.

Tarix
2017.11.16 / 11:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

Makronun geri çağırdığı səfir Bakıya qayıtdı

AŞ-dən Bakı-İrəvan arasındakı razılaşmaya reaksiya

Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla