Yuxarı

CHP Ərdoğanı müdafiə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun yol verdiyi rəzalət sadə üzürlə ortadan qaldırılmamalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ana müxalifət Cümhuriyyə Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu deyib.

“Bu məsələ sadəcə üzr istəməklə ortadan qaldırıla bilməz. Türkiyəyə yönələn tənqidlər ola bilər, amma heç kim Türkiyənin rəhbərlərinə və tarixinə həqarət edə bilməz. Bunu şiddətlə qınayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Mustafa Kamal Atatürk və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Təlim təşkilatçılarının belə addım atması Türkiyənin sərt etirazına səbəb olub. Olaydan dərhal sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb. Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfər ordudan qovulub.

Yaşanan insidentlə bağlı NATO Baş katibi Yens Stoltenberq Türkiyədən üzr istəyib.

Tarix
2017.11.18 / 14:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla