Yuxarı

Prezident partiya liderlərini kompromisə çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yaranmış vəziyyətdən çıxış yolu kimi kompromis axtarışında təkid edir.

Axar.az xəbər verir ki, koalisiya danışıqları iflasa uğradıqdan sonra AFR Prezidenti yaxın vaxtlarda parlamentdə təmsil olunan bütün partiyaların liderləri, həmçinin hakimiyyət institutlarının nümayəndələri ilə görüşəcəyini bildirib. O, hökumətin formalaşdırılmasını təmin etmək üçün hamıdan danışıqlara hazır olmağı gözlədiyini bəyan edib: “Parlamentdə yer alan partiya öz üzərinə Almaniyaya xidmət etmək öhdəliyi götürüb. Bizim qanunlarımıza əsasən, bu öhdəliyi sadəcə olaraq seçicilərə qaytarmaq olmaz. Bu öhdəlik şəxsi maraqlar çərçivəsindən çıxır. Bu öhdəlik təkcə partiya elektoratına münasibətə aid deyil”.

Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və “yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Tərəflər gündəliyin əsas məsələləri üzrə razılığa gələ bilməyiblər. Bununla yanaşı, Almaniya sosial-demokrat partiyasının (ASDP) idarə heyəti noyabrın 20-də Angela Merkelin mühafizəkar bloku ilə koalisiya qurmaq üçün danışıqlar aparmayacağı barədə qərarını açıqlayıb. Bununla da vəziyyət dalana dirənib və siyasi böhran həddinə çatıb.

Əgər koalisiya qurmaq barədə danışıqlar uğurla nəticələnməsə, iki yol qalır: ya Almaniya tarixində indiyə qədər görünməmiş azlıq hökuməti qurulmalı, ya da yeni seçkilər keçirilməlidir.

Tarix
2017.11.20 / 20:43
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla