Yuxarı

Türkiyədən Əsədlə bağlı sensasiyalı qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:01

Türkiyə daha Suriya rejimini təhdid olaraq görmür.

Axar.az xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bizim Suriya hökumətinə qarşı mənfi münasibətimiz onların bizim təyyarəni vuranda yaranmışdı. İndi isə belə hiss yoxdur. Bizim üçün əsas təhdid PYD və PKK-dır. Türkiyə daha Suriya rejimini təhdid olaraq görmür”, – deyə o bildirib.

Çavuşoğlu həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Suriya və Misir ziyarəti Türkiyəyə mesaj kimi qəbul edilməməlidir.

“Rejim və müxalif qrupların razılıq əldə etməsi vacibdir. Əsəd olacaq, yoxsa olmayacaq? Biz Əsədin Suriyanı birləşdirə biləcəyini düşünmürük. Əsədin olduğu bir keçid hökumətində Suriyanın seçkilərə gerçək anlamda hazırlana biləcəyini də düşünmürük”, - Çavuşoğlu deyib.

Tarix
2017.12.12 / 14:53
Müəllif
Orxan, İlkin
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla