25 noyabr Qadın
Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günüdür. Bu tarix
Dominikanda inqilabi hərəkatın aktivistləri olan Mirabal
bacılarının adı ilə bağlıdır.
Ölkədə diktator Rafael Truxilonun rejiminə qarşı mübarizə aparan
Mirabal bacıları 1960-ci ildə inqilabi hərəkatda iştiraklarına görə
edam olunmuşdular. Mirabal bacıları Dominikan Pespublikasının milli
qəhrəmanları elan olunublar və əyalətlərdən biri onların şərəfinə
adlandırılıb.
Diktator Truxilonun sevdiyi frazalaradan biri belə idi: "Kim ki
mənim dostum deyil, düşmənimdir, o buna görə cavab verməli olacaq".
Ona görə heç də təəccüblü deyil ki, Mirabal bacıları və onların
həyat yoldaşları bir neçə dəfə həbsxanaya düşməli olublar. Lakin
buna baxmayaraq, onlar doğma ölkələrində demokratiya və ədalətin
bərqərar olması üçün əlindən gələni əsirgəmirdilər. Onlar "14 iyun
İnqilab hərəkatı" yeraltı cəmiyyətinin üzvləri idi. Bu cəmiyyətin
başında isə Minevranın həyat yoldaşı Manola Tavares Xusto dururdu.
Xalq arasında Mirabal bacıları "Mirabalın kəpənəkləri" ləqəbini
almışdılar.
1960-cı ilin noyabrın 25-də dörd bacıdan üçü (Mariya Tereza,
Patria, Minevra) və Rufino de la Krus həyat yoldaşları ilə görüşə
yollanırlar və növbəti dəfə Truxilo rejimi tərəfindən həbs
edilirlər. Görüşdən sonra evə gedən yolda onlara pusqu qurulmuşdu.
Diktator Truxilyonun sirli polis əməkdaşları Mirabal bacılarını
zopa ilə vəhşicəsinə döyürlər, cəsədlərini isə uçurumdan
tullayırlar. Az sonra bacıların cəsədi yerli sakinlər tərəfindən
tapılır.
Gənc qızların qəddarcasına öldürülməsi Dominikan Respublikasının
əhalisi tərəfindən şok və təlatümlə qarşılandı. Bu hadisədən sonra
Truxilyo diktaturasına qarşı çıxanların sayı daha da artdı.
1961-ci ilin mayın 30-da General Korteji pusquda dayanmış
dəstələr tərəfindən yaxalanır, diktator güllələnir, rejim isə
çökür.
Yarım əsr keçməsinə baxmayaraq, dominikanlılar öz qəhrəmanlarını
yaddan çıxartmayıblar. Mirabal bacıların xatirəsinə kitablar,
şeirlər yazılıb, musiqilər bəstələnib, sənədli film çəkilib. Tarix
və Coğrafiya Milli Muzeyində bacıların əşyalarının ekspozisiyası
təqdim olunub.
1997-ci ilin martın 8-də ölkənin paytaxtı Santo-Dominqoda üç
bacının təsviri olan xatirə lövhəsi açılıb. İndi isə daş sütunda
"Un Canto a la Libertad" (Azadlıq mahnısı) yazılıb.