Yuxarı

İran mediası "Zeytun budağı"nı həzm edə bilmədi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Afrində YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyat başlatmasından sonra bəzi ölkələrin mediası bu hərəkat əleyhinə yazılar dərc etməyə başladı.

Axar.az xəbər verir ki, İran mətbuatı belələrindən geri qalmadı.

Belə ki, “Farsnyus” agentliyi, rəsmi “İran qəzeti” bu əməliyyatı terrorçulara deyil, dinc kürdlərə qarşı təşkil edilən əməliyyat kimi təqdim etdi.

“Cihan-ı Sanat” qəzeti isə “Zeytun budağı”nı Ərdoğanın “yeni macərası” kimi yayımladı.

Bundan əlavə, "İntihap" və "Əsr-i İran" adlı xəbər saytları İranın hakimiyyətinin sözügedən əməliyyata lazımi reaksiya verməməsini qınayıb. İqtidaryönümlü “Merdum Salari" qəzeti də obrazlı ifadələrə baş vuraraq, Türkiyəni kürdlərin qəlbinə hücum etməkdə günahlandırıb.

Lakin "Dünyayi İqtisat" və "Fararu" kimi media orqanları adıçəkilən qəzet və agentliklərdən fərqli olaraq, “Zeytun budağı” əməliyyatına daha obyektiv yanaşıb və Türkiyənin bu yöndə haqlı mübarizəsini dəstəkləyib.

Tarix
2018.01.22 / 23:37
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla