Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Fevral 2019


Ermənistanda sosial partlayış olacaq - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı seçkilər faktiki olaraq “Qarabağ kartı”na köklənib. Separatçılara verdiyi müstəqillik sözündən dönə bilməyən və ya fiziki məhvə gətirib çıxara biləcək hadisələrdən qorxan prezident Serj Sarkisyan və onun komandası öz vətəndaşlarını düşünmür, status-kvonu saxlamaqla hakimiyyətini qoruyur. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır və seçkilərə mənfi təsir göstərəcək.

Bu fikriləri Azərtac-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. O bildirib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atmaması ölkəni faktiki olaraq iqtisadi tənəzzüllə üz-üzə qoyur. Bu vəziyyət isə erməni ictimaiyyətində sosial və siyasi narazılıq yaradır. Azərbaycan isə regionda sabitliyin qorunması üçün ikili və üçlü formatlara imza atıb.

Siyasi ekspert qeyd edib ki, Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalır. Bu ölkə regionda təhlükəsizliyi pozan güc kimi xarakterizə olunur. Yerevan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə razı olmalıdır. Əks halda, ölkədəki iqtisadi gərginlik erməni əhalisini səfalət məngənəsində sıxacaq.

Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyaslı böyük iqtisadi layihələrə müəlliflik edir və buna görə də super güclərlə eyni müstəvini bölüşür. Buna misal olaraq, Bakı-Tbilisi-Qars dəmir yolunu, TAP, TANAP layihələrini, Şimal-Cənub nəqliyyat dəhlizini və digər layihələri qeyd etmək olar. Təkcə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada durmasından xəbər verir. Bu layihələrdə Ermənistandan başqa bütün region dövlətləri iştirak edir. Bu ölkənin layihələrdən kənarda qalması Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması ilə bağlıdır. Sosial-iqtisadi vəziyyətin gərginliyi də iğtişaşlara yol açır. Seçkilərin müddəti yaxınlaşdıqca bu gərginlik artacaq. Ermənistan başa düşməlidir ki, iqtisadi çətinliklər, vətəndaşların sosial rifahının durmadan aşağı düşməsi sosial partlayışa gətirib çıxaracaq.

Tarix
2018.02.13 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Putin Makrona Ərdoğanla görüşü haqda danışdı

Avropa yalnız bu halda ciddiyə alınır - Alman nazir

Şok: Gülən həbs edildi, sabah Türkiyəyə gətirilir

Türk ölkəsində qurd ovu qadağan edildi

Fransada 10 mindən çox insan yenidən küçələrə axışdı

ABŞ ordusu inkişafdan geri qalıb, Rusiya və Çin isə...

Türkiyədə torpaq sürüşməsi: 17 bina boşaldılır - Foto

ABŞ İŞİD üzvlərini hərbi bazasına daşıdı

Qardaş ölkədə fəxri konsul intihar etdi

Buranın təhlükəsizliyini biz təmin etməliyik - Akar

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla