Yuxarı

HƏMAS Hizbullaha səsləndi: "İsrailə qarşı cəbhə açın"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzuk Hizbullahı İsrailə qarşı cəbhə açmağa dəvət edib.

Axar.az xəbər verir ki, "Ria Novosti"yə açıqlamasında Mərzuk Hizbullahla birlikdə İsrailə qarşı savaşmaq istədiklərini və bunun böyük məna kəsb edəcəyini vurğulayıb.

Hizbullah lideri Həsən Nəsrullah ötən cümə Qəzzaya hücumlarla bağlı danışarkən "Fələstinlilərin zəfəri bizim zəfərimiz, rüsvayçılıqları bizim utancımızdır", - deyə bildirmişdi.

Nəsrullah Hizbullahın hər zaman Fələstin xalqı və bütün fələstinli müqavimətçilərin yanında olduğunu bildirərək, Qəzzada hədəfin yalnız HƏMAS olmadığını, bütün fələstinli müqavimətçilərin hədəfdə olduğunu qeyd edib.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda bu günə qədər 1283 nəfər ölüb, 7170-i isə yaralanıb.

Tarix
2014.07.31 / 01:40
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla