Türkiyənin Daxili İşlər Nazirliyi "paralel dövlət"
əməliyyatında tutulanların öncədən dinlədiyi məlumatları əks
etdirən hesabat yayıb.
Axar.az xəbər verir ki,
hesabatda saxlanılanların telefon danışığının dinlənildiyi təsdiq
edilib.
Qeyd edək ki, nazirlik öz
hesabatında "parallel dövlət" istiqamətində planların
reallaşdırılması mövzusunda danışıqların oluğunu qeyd edərək, uzun
müddət cinayətkarların danışarkən koddan istifadə etdiyi, başqa
adlarla danışıldığını bildirib.
Lakin ən müasir texnologiyadan istifadə sayəsində danışanların
əsl kimliyi müəyyənləşdirilib.
Onu da bildirək ki, hesabatda telefon dinləmələrinin
Konstitusiyaya uyğun gəlmədiyi bildirilir. Lakin cinayətkarların
"Ergenekon" təşkilatı, narkotik maddə qaçaqçılığında və bir çox
milli təhlükəsizlik məsələlərinə birbaşa təhdid olan cinayətlərdə
əli olduğu üçün bu addımın atıldığı bildirilir.
Qeyd edək ki, hesabatda keçmiş Konstitusiya Məhkəməsinin sədri
Yekta Güngör Özden, TBMM sədr köməkçisi Sadiq Yaqut və Hüseyn Şənin
"Ergenekon" təşkilatı ilə heç bir bağlılığı olmadığı açıqlanıb.
"Ulusal Kanal"ın yaydığı xəbərə görə, Gülən hərəkatı 6 ildə
Türkiyədə on minlərlə insanı dinləyib ("Publika.az"). 2008-2013-cü
illəri əhatə edən hesabatda telefon dinləmələrinin statistikası da
ortaya çıxarılıb. Belə ki, Gülən hərəkatı 6 ildə düz 63 min 43
nəfərin telefonunu dinləyib. Bu dinləmələrin 51 min 231-i sim kart
vasitəsilə həyata keçirilib. 11 min 812 nəfər isə telefonunun İMEİ
koduyla dinlənilib.
Hesabatda hansı ildə neçə nəfərin dinlənildiyinə də yer
verilib:
2008-ci ildə 10 min 218 nəfər
2009-cu ildə 11 min 961 nəfər
2010-cu ildə 11 min 386 nəfər
2011-ci ildə 16 min 342 nəfər
2012-ci ildə 13 min 577 nəfər
2013-cü ildə 8 min 842 nəfər
Xatırladaq ki, iyulun 22-də "paralel dövlət" əməliyyatında 49
nəfər saxlanılıb. Saxlanılanlardan 38-i sərbəst buraxılsa da, 11
nəfərə cinayət işi açılıb.