Yuxarı

Moskva ABŞ-ın əsl istəyini açıqladı: Hücum etmək üçün...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərq Quta bölgəsində xlor tərkibli kimyəvi maddə Nüsrə Cəbhəsi terror qruplaşmasının döyüşçüləri tərəfindən tətbiq edilib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Onun sözlərinə görə, terrorçular martın 5-də kimyəvi maddə tətbiq ediblər və nəticədə 30 dinc sakin zərər çəkib. Rusiyalı diplomat bildirib ki, bu, suveren Suriyaya qarşı birtərəfli güc tətbiqinə əsaslar yaratmaq üçün edilir.

Qeyd edək ki, iclasda daha əvvəl çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Birləşmiş Ştatların Suriya üzrə yeni hərbi addımlara hazır olduğunu bildirib.

Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, Qərb Suriyaya zərbə endirməyə səbəb kimi kimyəvi silahın tətbiqi bəhanəsindən istifadə edir. Rəsmi Dəməşq dəfələrlə vurğulayıb ki, ölkədə kimyəvi silahın bütün ehtiyatları məhv edilib.

Həmçinin, Suriyanın Xarici İşlər Nazirliyi bildirib ki, Şərqi Qutada döyüşçülər Dəməşqi ittiham etmək üçün kimyəvi hücumu səhnələşdirmək niyyətindədir.

Tarix
2018.03.13 / 02:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla