Yuxarı

Toni Blerin müsəlman baldızı: “Onu tapsanız, deyin...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toni Blerin müsəlman baldızı: “Onu tapsanız, deyin...”

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Blerin baldızı Qəzzada gördüyü hadisələrdən sonra İslam dinini qəbul etdiyini etiraf edib.

Axar.az xəbər verir ki, keçmiş baş nazirin baldızı 47 yaşlı Lauren Bos 2010-cu ildə islamı qəbul edərkən Fələstində baş verən hadisələrin ona böyük təsir etdiyini deyib.

Onun sözlərinə görə, Fələstin xalqı ona çox şey öyrədib: "4 il əvvəl mən Qəzzaya gedəndə tam fərqli bir düşüncəyə sahib idim. Amma orada gördüklərim məni dəyişdi. Və mən islamı qəbul etdim. Oradakı insanlar öləndə cənnətə düşəcəyinə inanır. Bu əslində saflığın, səmimiliyin nümunəsidir".

Lauren Bos onu da bildirib ki, son dövrdə İsrailin Qəzzanı bombalaması təkcə Fələstin üçün deyil, bütün bəşəriyyət üçün qətliamdır: "İsrail ordusu yüzlərlə körpəni şikəst edir. Bu acını gələcəkdə dünya çəkəcək".

­Lauren bacısının həyat yoldaşı olan Toni Bler haqqında sərt fikirlər söyləyib: "O bəlkə də indi Baham adalarında dincəlir. Fələstin xalqına heç bir faydası yoxdur. Əgər onu tapsanız, onu axtardığımı deyin".

Qeyd edək ki, "Pliz Trail" adlı yardım təşkilatının qurucusu olan Lauren Bos Fələstində yerləşən mərkəzi ofisləri vasitəsi ilə mütəmadi olaraq Qəzzaya maddi yardımlar, dərman və qida məhsulları göndərir.

Tarix
2014.08.05 / 23:26
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla