Yuxarı

İsraildə Novruz bayramı qeyd olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azİz” Beynəlxalq Assosiasiyası tərəfindən İsraildə keçirilməsi artıq ənənə halını almış Novruz bayramı ölkədə bir hadisəyə çevrilib. Vaxtilə Azərbaycanda yaşayıb, sonralar İsrailə köçmüş ölkə vətəndaşları bu bayramı səbirsizliklə gözləyirlər. Gecə ilə gündüzün bərabərləşdiyi bu yaz gününə hələ xeyli qalmış onlar sevimli bayramı layiqincə, şadlıqla, ən başlıcası isə “dadlı” qeyd etmək üçün hazırlıq görürlər.

“Azİz”in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, əslən Azərbaycandan olanlar Novruz bayramını qeyd etmək üçün İsrailin müxtəlif bölgələrindən Kiryat-Yam şəhərinə gələrək, burada Assosiasiyanın şəhər bölməsinin rəhbəri Sevin Hanukayevin sahibi olduğu “Del Mar” restoranında toplanmışdı. Azərbaycan milli mətbəxinin təamları və ənənəvi şirniyyatları düzülən masalar iki dövlətin bayrağı ilə bəzədilmişdi.

Tədbiri açan populyar müğənni, əslən Azərbaycandan olan Sarit Yosef qonaqları ivrit, Azərbaycan və rus dillərində salamlayaraq, əvvəlcə çıxış üçün sözü Kiryat-Yam şəhərinin meri David Even Sura verib. Mer belə təntənəli tədbirdə iştirakından məmnun olduğunu bildirib. Merin müavini, vaxtilə Azərbaycanda yaşamış Adam Amilov çox təsirli və səmimi çıxışında Novruz bayramının onun uşaqlıq xatirələrində necə qalmasından danışıb. O, şəhər sakinlərini, həmçinin tədbir iştirakçılarını yazın gəlməsi münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və tərəqqi arzulayıb.

Novruz münasibətilə təbriklərini çatdıran “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman İsrail və Azərbaycan xalqları arasında olan dostluq əlaqələrinin qorunub saxlanması və möhkəmlənməsi istiqamətində Assosiasiyanın gördüyü işlər barədə məlumat verib. O, tədbirin “Del Mar” restoranında keçirilməsinə şərait yaratdıqlarına görə Sevin və Bəşir Hanukayev qardaşlarına dərin minnətdarlığını bildirib.

Tədbir boyunca qonaqlar Azərbaycan xalq musiqisinin, həmçinin istedadlı müğənnilər – Sarit Yosef və Tomer Əliyevin ifasında səslənən İsrail və Azərbaycan bəstəkarlarının mahnılarının sədaları altında rəqs ediblər.

Tarix
2018.03.23 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla