Yuxarı

Rusiya mətbuatı “Yeni Türkiyədən” yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya mətbuatı “Yeni Türkiyədən” yazdı

Türkiyənin 12-ci prezidenti seçilən Baş nazir Rəcəb Tayyib Ərdoğanın 52 faiz səslə qalib gəlməsi Rusiya mətbuatında geniş şəkildə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, nüfuzlu "Russia Today" qəzeti Ərdoğanın icraçı prezident olmaq istədiyini vurğulayıb.

RT-nin xəbərinə görə, Ərdoğan ilk turda səslərin 52 faizini toplayaraq qələbə qazanıb. İhsanoğlu 38 faiz səslə ikinci, kürd partiyalarının dəstəyini alan Səlahəddin Dəmirdaş isə təxminən 10 faiz səslə üçüncü olub.

Türk xalqının ilk dəfə birbaşa prezident seçdiyini bildirən qəzet balkon çıxışında Ərdoğanın yeni Türkiyə qurmaq istədiyini qeyd edib.

Qeyd edək ki, Ərdoğanın seçkidən öncə prezident seçiləcəyi təqdirdə bütün səlahiyyətlərindən istifadə edəcəyini yazan qəzet icraçı prezident olmaq üçün Ərdoğanın konstitusiyaya dəyişiklik edəcəyini bildirir.

Onu da bildirək ki, müxalifətin Ərdoğan qələbə qazanarsa, müasir Türkiyəni dünyəvi quruluşundan uzaqlaşdıracağı xəbərdarlığına toxunan media orqanı bu işdə Ərdoğanın çətin duruma düşə bilmə ehtimalının yüksək olduğunu bildirib.

Məqalədə internet üzərindəki ciddi qadağalar, Ərdoğan hakimiyyətinə qarşı təzyiqlərin artması, Gəzi parkı hadisləri kimi ittihamlar yer almaqla Türkiyəda yaxın zamanlarda ciddi dəyişikliklərin olacağı və yeni prezidenti çətin sınaqların gözlədiyi deyilib.

Tarix
2014.08.11 / 13:57
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla