Yuxarı

Rus donanması yüksək hazırlıq vəziyyətinə gətirildi – Fırtına

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus donanması yüksək hazırlıq vəziyyətinə gətirildi – Fırtına

Rusiyanın Sakit okean donanmasının hərbçiləri Kamçatkanı cənginə almış güclü siklonun fəsadlarının qarşısını almağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya ordusunun Şərq Hərbi Dairəsinin Sakit okean donanması üzrə informasiya təminatı şöbəsinin rəhbəri Nikolay Voskresenski danışıb.

“Rusiyanın şimal-şərqindəki qüvvələrin və qoşunların bir hissəsində fırtına xəbərdarlığı elan edilib. Şəxsi heyət fəlakətin nəticələrini ləğv etməyə hazırdır. Xilasetmə gəmilərinin növbədə olan qüvvələri, mühəndis birlikləri vəzifələrin yerinə yetirilməsi üçün yüksək hazırlıq vəziyyətinə gətirilib”, - Voskresenski deyib.

Xatırladaq ki, Kamçatka yarımadasının sahillərini Sakit okean siklonu cənginə alıb. Yarımadada güclü qar və qasırğa müşahidə edilib. Siklonun təsirinə Petropavlovsk-Kamçatka və Vilyuçinski şəhər dairələri, həmçinin yarımadanın 7 böyük rayonu məruz qalıb. Kəskin hava şəraitinin həftənin sonuna qədər davam etməsi gözlənilir.

Tarix
2018.04.04 / 12:39
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla