Yuxarı

Rus mediasından ilginc: Türkiyə tarixində ilk dəfə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus mediasından ilginc:

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə seçkilərdə növbəti qələbəsindən sonra ilk xarici səfərini Türkiyəyə edən Vladimir Putinin Ankara ziyarəti rus mətbuatının gündəmini zəbt edib.

Axar.az xəbər verir ki, Rusiyanın Dövlət Televiziyası Ankara zirvəsini “Tarixi səfər” kimi təqdim edib. Dövlət Televiziyası “Rossiya 1” tarixi səfəri iki ölkənin ən böyük yaxınlaşması adlandırıb.

Kanalın əməkdaşı Pavel Zarubinin sözlərinə görə, Ərdoğanın təkidi ilə Rusiya Prezidenti Vladimir Putinin avtomobilini atlı dəstələrin müşayiət etməsi möhtəşəm bir qarşılama mərasimi olub. Zarubin həmçinin Türkiyə ilə ABŞ arasındakı anlaşmazlıqlara da diqqət çəkib və S-400 alışının Vaşinqtona verilmiş bir mesaj olduğunu qeyd edib.

“Ağquyu” stansiyası ilə bağlı isə Zarubin “Türkiyənin 50 illik xəyalını gerçəkləşdirdik” ifadələrini səsləndirib.

Rusiyanın Birinci kanalının aparıcısı Kiril Keimyonov Rusiya ilə Türkiyənin yüzillər ərzində Qərbin istəyi ilə düşmən olduğunu bildirib:

“Əvvəl Britaniya, sonra Almaniya və ardından da NATO-nun təisi ABŞ iki ölkənin düşmən olmasını istədi. Ancaq indi, tarixdə ilk dəfə Türkiyə bizim dostumuzdur və bölgədəki əsas tərəfdaşımızdır”.

Moskovskiy Komsomolets” qəzetində Yekaterina Piçuqinanın “Böyüyən sevgimizin qarşısındakı pomidor maneəsi” başlıqlı məqaləsində Putinin Türkiyə səfəri ətraflı şəkildə təhlil edilib və pomidor ticarəti məsələsinə də toxunulub.

Kommersant”da Andrey Kolesnikovun yazısı isə “Türkiyədən zəncirvari reaksiya gözlənilir” başlığı ilə tirajlanıb.

Tarix
2018.04.04 / 17:13
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla