17:23
Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətinin 11 generalını işdən qovub.
Axar.az xəbər verir ki, prezident bununla bağlı sərəncam imzalayıb.
Sərəncam hüquqi məlumatların rəsmi internet portalında yerləşdirilib.
Qovulan 11 general və 1 polkovnikin siyahısını təqdim edirik:
DİN Yol Hərəkəti Təhlükəsizliyi Baş İdarəsinin rəis müavini general-mayor Pavel Buqayev
Federal Penitensiar Xidmətin Elmi-tədqiqat İnstitutunun rəhbəri general-mayor Andrey Bıkov
DİN Ural Hüquq İnstitutunun rəhbəri general-mayor Aleksandr Quk
FHN Dövlət Yanğınsöndürmə Xidməti Akademiyasının rəhbəri general-polkovnik Şamsutdin Daqirov
Udmurd Respublikasının Federal Penitensiar Xidmət İdarəsinin rəhbəri polkovnik Vladimir Doronin
İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin rəhbəri general-leytenant Valeriy Zadorin
İstintaq Komitəsinin Krasnoyarsk vilayəti üzrə İstintaq İdarəsinin rəhbəri general-leytenant İqor Napalkov
Udmurd Respublikasının daxili işlər naziri general-mayor Aleksandr Pervuxin
İstintaq Komitəsinin Penzensk vilayəti üzrə İstintaq İdarəsinin rəhbəri general-leytenant Oleq Troşin
İstintaq Komitəsinin Belqorod vilayəti üzrə İstintaq İdarəsinin rəhbəri general-mayor Aleksandr Sergeyev
İstintaq Komitəsinin Pskov vilayəti üzrə İstintaq İdarəsinin rəhbəri general-mayor Oleq Tuşmalov
DİN Volqoqrad vilayəti üzrə Baş İdarəsinin rəis müavini general-mayor Vitali Şevçenko