Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


Putinin rusiyalı bayker dostları Tiflisin mərkəzində - Şok Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin yaxın dostları, "Xirurq" ləqəbli Aleksandr Zaldostanovun lideri olduğu "Gecə canavarları" bayker qrupunun üzvləri gözlənilmədən Tiflisə səfər ediblər.

Axar.az-ın Gürcüstanın İctimai Televiziyasına istinadən verdiyi xəbərə görə, baykerlərin məqsədi hər iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verməkdir.

Qeyd edək ki, Qori şəhərində İosif Stalinin ev muzeyinə baş çəkən klub üzvləri daha sonra Tiflisə gəliblər. "Xirurq" bidirib ki, o heç vaxt Gürcüstana vətəndaşlığı təsdiqləyən sənədlə səfər edəcəyini ağlına belə gətirməyib. Gürcü və rusları qardaş xalqlar adlandıran Zaldostanov 2008-ci ilin məlum avqust hadisələrinin geosiyasi vəziyyətdən meydana gəldiyini və baş verənlərə görə üzüldüyünü dilə gətirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putinlə dost münasibətində olan Aleksandr Zaldostanov öz siyasi açıqlamaları ilə diqqət çəkib. Onun Krım hadisələrində separatçılığa çağırışları Ukrayna cəmiyyətində etirazla qarşılanmışdı.

Diqqətə çatdıraq ki, son zamanlar Gürcüstan daxilində Rusiya ilə əlaqələrin qurulmasının vacibliyi müxtəlif tribunalardan səslənməkdədir. Putinə yaxınlığı ilə seçilən "Gecə canavarları"nın Tiflisə səfərləri Gürcüstan müxalifətinin kəskin etirazına səbəb olub.

Tarix
2014.08.14 / 15:51
Müəllif
Telman Məmmədli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Trampı bu ölkədə 10 min polis qoruyacaq

Türkiyədə seçki bitdi: Hər kəs nəticəni gözləyir

ATƏT-dən Türkiyədəki seçkilərlə bağlı – Açıqlama

İsrail ordusu “Patriot”ları işə saldı – Sərhəddə gərginlik

Afrindəki türk əsgərləri də səs verdi

Tariximizin ən kritik seçkiləri keçirilir - Çavuşoğlu

Türkiyə seçkilərində bir ilk – Foto

Türkiyədə seçkilərə müdaxilə: 10 əcnəbi...

Yıldırım jurnalistlə zarafatlaşdı: Kürsü əlimizdə qaldı

Türkiyə inqilab gerçəkləşdirir - Ərdoğan

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla