Yuxarı

İranda növbəti aksiyalar başladı: Həbslər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda əhalisinin böyük qismi ərəb olduğu Xuzistan vilayətində son həftələrdə keçirilən aksiyalar zamanı təxminən 150 nəfər həbs olunub.

Qaynarinfo.az xəbər verir ki, bu barədə İranın "Asiran" saytına açılamasında Əxvaz vilayətinin deputatı Cavad Kazım Əlbaci deyib. O, aksiyaların Xuzistanda yayımlanan dövlət televiziyasındakı bir verilişə görə başladığını və son həftələrdə 150-yə yaxın insanın polis tərəfindən saxlanıldığını söyləyib.

Aksiyaların sakit şəkildə aparıldığını deyən Əlbaci aksiyaçıların dövləti böhrana salmaq niyyətində olmadıqlarını bildirib:

"Etirazçılar heç bir şəkildə ölkəni böhrana salmaq, ya da rejimə zərər vermək niyyətində deyillər. Sadəcə iranlı olduqlarını və bu ölkəni sevdiklərini söyləyirlər".

Qeyd edək ki, İran Dövlət Televiziyasında yayımlanan "Qırmızı başlıq" uşaq proqramının 22 mart tarixində efirə gedən seriyasında ölkədəki xalqların etnik kimliyini göstərən bir xəritə nümayiş etdirilmiş, lakin burada ərəblərə yer verilməmişdi. Televiziyanın bu addımını "ayrıseçkilik və irqçilik" adlandıran ərəblər də buna qarşı aksiyalara başlayıblar.

Tarix
2018.04.22 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla