Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Fevral 2019


Yəhudilər Qəzza qətliamına qarşı: “Bibi”nin oyuncağı deyilik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən sonra gərgin vəziyyətin yarandığı Yaxın Şərqdə İsrail əsgərlərinin 60-dan artıq fələstinlini öldürməsi bütün dünyanı sarsıb. Baş verən qanlı hadisələrə qarşı Braziliyadan Yunanıstana, ABŞ-dan Filippinə, Cənubi Afrikadan İsveçrəyə kimi dünyanın dörd bir yanında etiraz aksiyaları keçirilib.

Axar.az xəbər verir ki, hətta İsraildə belə solçular küçələrə axın edərək etiraz nümayişləri keçirib və ölümlərin dərhal dayandırılmasını tələb edib.

Hadisələrin arxasında dayanan bir nömrəli şəxs - İsrailin Baş naziri Benyamin Netanyahu ötən gecə rəsmi iqamətgahında böyük bir şok yaşayıb. İsrailli nümayişçilər əllərində plakatlarla Netanyahuya etiraz edib. Nümayişçilər əllərindəki plakatlarda “Qəzzanı indi azad edin”, “Qəzzadakı etiraz terrorçuluq deyil” şüarları diqqət çəkib.

İsrailin nüfuzlu “Haaretz” nəşri yüzlərlə solçunun paytaxt Təl-Əvivdə etirazlara qoşulduğunu bildirib. Yolları bağlayıb, nəqliyyatın hərəkətini iflic edən kütlə “Atəş açmağı dayandırın”, “Ərəblər və yəhudilərin düşmənçiliyini rədd edirik” şüarları səsləndirib. Nümayişçilərin əlindəki plakatlardan birində isə “Tramp və Bibi, biz sizin oyuncağınız deyilik” yazılıb (Bibi Baş nazir Netanyahunun adının qısaltmasıdır).

Etiraz sədaları həmçinin dünyanın ən prestijli film festivallarından hesab olunan Kannda da ucalıb. Livanlı aktrisa Manal İssa festivalda “Qəzzaya hücumları dayandırın” yazılmış vərəqə nümayiş etdirib.

Xatırladaq ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərə açılan atəş nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb. Hadisələr zamanı 2700 nəfər yaralanıb.

Tarix
2018.05.16 / 12:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğanla Baxçalı arasındakı ittifaqın - Detalları

İsrailin planı baş tutmadı: "Dubaydan Hayfaya..." rədd edildi

Prezident seçkiləri: Ölkə qan gölünə döndü

Ən böyük hərbi büdcəyə malik ölkələr - Siyahı

Tramp pul tələb edir, digər yandan da 24 saata... - Ərdoğan

Göbələk yığmağa gedən 8 nəfər oğurlandı

Elektron siqaret təyyarədə yanğına səbəb oldu - Video

Müsəlman olduğumuza görə bizi qəbul etmirlər - Ərdoğan

Londonda tələbələr ayağa qalxdı - Foto

Putin Saakaşvili metodunu işə salır - Qanuni oğrulara qarşı...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla