Yuxarı

NATO qoşunları Rusiya sərhədlərinə yeridilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Müdafiə naziri Karl Harlund bildirib ki, Finlandiya və İsveç NATO-nun çevik qüvvələrini öz ərazilərinə buraxacaqlar.

Axar.az "Helsingin Sanomat" qəzetinə istinadən xəbər verir ki, ölkələr 4-5 sentyabr 2014-cü ildə Uelsdə keçiriləcək sammitdə müvafiq müqavilələri imzalayacaqlar.

Sənədə əsasən, NATO-nun çevik qüvvələri Finlandiya və İsveç ərazisində təlimlər zamanı, fəlakət, fövqəladə vəziyyət hallarında və ölkənin təhlükəsizliyini təmin etməyə ehtiyac yaranarsa, sərbəst hərəkət edə bilərlər. Dövlət də öz növbəsində, uyğun qrupları dəstəkləməli və təmin etəlidir.

Bununla belə, Finlandiya Müdafiə Nazirliyinin nümayəndəsi Mika Varvikko "YLE Radio Suomi"nin efirində bildirib ki, təmsil etdiyi institut NATO ilə hərbi yardım haqqında planlaşdırılan razılığın imzalanmasını Alyansa daxil olmaq üçün edilən bir addım hesab etmir.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə yerləşir.

Tarix
2014.08.28 / 17:23
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla