Yuxarı

Səddam Hüseynin kəndləri İŞİD-in işğalında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Cəzirə" telekanalının müxbiri Kərkükün Molla Abdulla cəbhəsində olub.

Axar.az xəbər verir ki, kürd peşmərgələri və türkmanlar İŞİD qüvvələrinə qarşı bu bölgədə döyüşürlər.

Burada Kürdüstan Regional Rəhbərliyi peşmərgə nazirinin müavini Ənvər Hacı Mahmud və cəbhə komandiri olan türkman Kamal Kərküki müdafiə strategiyalarından danışıblar:

"Molla Abdullah bölgəsi strateji əhəmiyyətə sahibdir. Mosul ilə Kərkük sərhədində olan bu bölgə Kərkük şəhərinə 24 kilometr uzaqlıqda yerləşir. Bölgənin 40 kəndi var, 32 kənddə İraqın keçmiş lideri Səddam Hüseyn dövründə yerləşdirilən ərəblər yaşayır. Kəndlər bu gün İŞİD-in əlindədir. Digər 8 kürd kəndi isə peşmərgə nəzarətindədir".

Kərküki İŞİD-ə atəşkəs təklif etdiklərini, lakin qəbul etmədiklərini açıqlayıb. Ənvər Mahmud isə deyib ki, İraq hökuməti onlara silah və hərbi yardım etmir. Onun sözlərinə görə, peşmərgənin əlində olan silahlar olduqca köhnədir:

"İŞİD Mosulda mərkəzi hökumət ordusuna aid əhəmiyyətli və güclü silahları ələ keçirib. Bunlar Amerikan silahlarıdır. Peşmərgəyə İŞİD-ə qarşı döyüşmək üçün Avropa, Amerika silah köməyi etməlidir".

Tarix
2014.08.28 / 23:38
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla