Yuxarı

İtini döyən milyarder 100 min ödəyəcək - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtini döyən milyarder 100 min ödəyəcək - Video

Sosial şəbəkələrdə liftdə itini təpikləyən bir adamın videosu yayılıb.

Axar.az-ın məlumatına görə, sonradan məlum olub ki, sakit halda dayanmış iti təpikləyən adam 6 milyard dollar dəyərə sahib, 30 mindən çox işçisi olan məşhur "Sentrpleyt" (Centreplate) firmasının sahibi Des Haqyudur.

Bu ürəkağrıdıcı görüntülər Kanadanın Vankuver şəhərində bir binanın liftində lentə alınıb. Videoda sakit dayanmış itə təpik vuran, bununla ürəyi soyumayan gənc milyonçunun iti boğazındakı ipdən qaldıraraq liftin divarlarına vurduğu görünür. Bu görüntülər ölkədə və dünyada heyvansevər cəmiyyətlər (heyvanları müdafiə təşkilatları) tərəfindən böyük səs-küyə səbəb olub.

Qalmaqal yaradan görüntülərin ortaya çıxmasından sonra firma tərəfindən Haqyunun əsəbi idarə etmə dərslərində iştirak edəcəyi və Vankuver heyvan haqları dərnəyinə 100 min dollar hədiyyə edəcəyi bildirilib. Haqyu da bu hadisəni törətdiyinə görə çox utandığını və məyus olduğunu deyib.

Videonu təqdim edirik:

Tarix
2014.08.31 / 02:36
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla