Yuxarı

Rus politoloq: “Bəs Azərbaycan kimin tərəfindədir?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndiki vəziyyətdə bir günün içərisində heç bir aydın və dəqiq konturu olmayan xəritəni tərtib etmək mümkün deyil".

Bu sözləri Axar.az-a Rusiyanın "Şimal-Cənub" Siyasi Araşdırmalar Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva Uels sammitindən sonra dünya xəritəsinin dəyişəcəyi məsələsinə münasibət bildirərkən söyləyib.

O, dünya xəritəsinin dəyişilməsinin SSRİ və ABŞ-ın əsas aparıcı dövlət olduğu bir dövrdə reallığa çevrilə biləcəyini qeyd edib:

"Dünya xəritəsi əvvəlki kimi qalır. İndiki vəziyyətdə bir günün içərisində heç bir aydın və dəqiq konturu olmayan, - mən dünyanın geosiyasi xəritəsini nəzərdə tuturam, - xəritəni tərtib etmək mümkün deyil. Bunu ancaq SSRİ və ABŞ-ın əsas dövlət olduğu bir zamanda edə bilərdik. Hazırda isə dünya xəritəsində çox rəng var və onların da hər birinin indiki dünyanın əsas aparıcı dövlətləri ilə üst-üstə düşməyən öz maraqları yaranıb. Məsələn, Azərbaycan kimin tərəfindədir? İlk öncə, öz tərəfindədir. Daha sonra isə taktiki planda hansı ölkəyə qoşulmaq daha sərfəlidir məsələsi durur. Bu da öz növbəsində, çoxvektorluluq adlanır. Buna görə də sammitə strateji nəzərdən yox, taktiki plan baxımından Ukrayna böhranına görə, Rusiyaya təzyiq tərəfindən baxılmalıdır. Bəs İraq necə olmalıdır? Suriya və ya Fələstin, bəs Qarabağ münaqişəsi? Cavablar səslənmədi, lakin suallar qaldı".

Tarix
2014.09.05 / 16:06
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Sisidən Əliyevə: Dərin kədər hissi keçirdim...

Bayramov gürcüstanlı həmkarı ilə danışdı

Qəzadan 13 gün əvvəl türk astroloqdan şok paylaşım - Foto

Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?

Szinpin İlham Əliyevə başsağlığı verdi

Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...

Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm

Pezeşkian İlham Əliyevə zəng etdi

Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla