Yuxarı

Jirinovskidən Türkiyəyə: Siz Krımı tanıyın, biz də...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva-Ankara əməkdaşlığını Rusiya və Belarusun ittifaq dövləti formatına qədər genişləndirmək imkanları var.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edən Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Ərdoğan bizə müsbət yanaşır. Əlbəttə, o, həmçinin Qərblə münasibətlərə malik olmaq istəyir, ancaq Qərb bunu istəmir. Türkiyə müsəlman ölkəsidir və Qərbin müsəlmanlarla çoxsaylı problemləri var. Türkiyə ilə Rusiya arasında isə qarşılıqlı faydalı əlaqələr var. Ümid edək ki, Ərdoğanın yeni müddətində münasibətlər bütün istiqamətlər üzrə kəskin şəkildə aktivləşəcək, hərbi əməkdaşlığın genişləndirilməsi mümkün olacaq. Perspektivdə Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyinə də qoşula bilər. Biz Türkiyə ilə Belarusla olduğu kimi sazişin və heç bir viza olmamasının tərəfdarıyıq”, - Jirinovski bildirib.

Jirinovskinin sözlərinə görə, Türkiyə və Rusiya Krımın Rusiyaya birləşdirilməsi və Şimali Kipr Türk Respublikasının tanınması kimi məsələlərdə razlıq əldə edə bilər:

“Bizdə Krım məsələsi birdəfəlik həllini tapıb. Səhv 1991-ci ildə Yeltsinin bu məsələni açıq saxlamasında idi. Kipr məsələsi isə artıq 44 ildir müzakirə olunur. Mən “qara polkovniklərin” (1974-cü ildə Yunanıstanı idarə edən hərbi xunta) etdiyi çevrilişi xatırlayıram. Biz kompromis tərəfdarıyıq: Türkiyə Krımı tanıyır, biz də öz üzərimizə düşəni edirik”.

Tarix
2018.07.09 / 17:20
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla