Yuxarı

İran: “Fələstinliləri biz silahlandırırıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran: “Fələstinliləri biz silahlandırırıq”

"Açıq şəkildə deyirəm ki, fələstinliləri biz silahlandırmışıq və sonadək onları müdafiə edəcəyik".

Axar.az "Aran radiosu"na istinadən xəbər verir ki, bu açıqlamanı İranın Məsləhət Şurasının sədri Ayətullah Haşəmi Rəfsancani verib. O, islam ölkələrini Fələstinə yardım etməyə çağırıb:

"İsrail şimaldan Hizbullahın raketlərinin, cənubdan isə Qəzzanın müqavimət qüvvələrinin hədəfindədir. Qərb sahili də həmin minvalla silahlandırılarsa, daha İsrailin heç bir nöqtəsi əmin-amanlıqda olmayacaq. İsrail 50 günlük Qəzza müharibəsində olduqca pis anlar yaşadı. Bu uğur təkcə bir islam ölkəsinin yardımlarından qaynaqlanır və əgər bütün islam ölkələri kömək edərsə, çox şeylər dəyişəcək. Biz açıq şəkildə deyirik ki, fələstinliləri biz silahlandırmışıq və sonadək onları müdafiə edəcəyik. Superdövlətlər bilsinlər ki, Livanda Hizbullahı silahlandırmışıq və Hizbullah onların çox qüdrətli zənn etdikləri İsrailin önündə dayandı".

Rəfsancani region dövlətlərini İranla həmkarlığa dəvət edib:

"Region dövlətləri neftdən istifadə edərək, dünyanı fələstinlilərin haqqını verməyə vadar edə bilərlər. Əgər bir il müddətinə nefti kəssək, dünya buna tab gətirə bilməyəcək".

Tarix
2014.09.11 / 17:41
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla