Yuxarı

“Şotlandiya referendumu ilə fəxr etməyə dəyər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şotlandiya referendumu ilə fəxr etməyə dəyər”

Harri Poter haqqında silsilə kitablar müəllifi, Şotlandiyanın Birləşmiş Krallıqda qalmasının tərəfdarı yazıçı Coan Roulinq özünün Tvitter səhifəsində referendiumun gedişini diqqətlə izlədiyini bildirib: "Bütün gecəni yatmamışam, Şotlandiyanın tarixi necə idarə edəcəyinə baxmışam. Ölkənin böyük əksəriyyəti seçkilərdə iştirak etdi: fəxr etməyimizə dəyər".

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, yazıçı əvvəl də Birləşmiş Krallığın bütövlüyünü dəstəkləyən çıxışlar etmiş və Şotlandiyada seçiciləri yola gətirmək üçün "Better Together" şirkətinə milyon funta yaxın vəsait sərf etmişdi.

"Mənim müstəqilliyi dəstəkləməkdə göstərdiyim qətiyyətsizlik qətiyyən şotlandların xidmətlərini dəyərləndirməyimə və onların böyük insanlar olduğuna inamıma xələl gətirə bilməz", - britaniyalı xanım qərarını izah edərkən deyib.

Xatırladaq ki, dünən Şotlandiyada referendium keçirilib. Referendiumda qoyulan yeganə məsələ - "Siz Şotlandiyanın müstəqil dövlət olmasına razısınızmı?" – sualı olub.

32 qraflıqdan 26-dakı səslərin nəticələrinə görə, müstəqillik lehinə 1 milyon 176 min 952 nəfər, əleyhinə isə 1 milyon 397 min 077 nəfər səs verib.

Tarix
2014.09.20 / 01:21
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla