Yuxarı

Putin hansı “qanuni oğru”nu qızıl saatla mükafatlandırıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin hansı “qanuni oğru”nu qızıl saatla mükafatlandırıb?

Populyar bloqçu Aleksandr Malıqin Rusiya Prezidenti Vladimir Putinin"Mixas" ləqəbli "qanuni oğru" - Sergey Mixaylovu üzərində öz adının həkk olunduğu qızıl saatla təltif etməsi məlumatını paylaşıb.

Axar.az -ın "Znak.com"a istinadən verdiyi xəbərə görə, blogger Mixaylovun fəxrlə bu barədə məlumatları özünün rəsmi saytında yerləşdirdiyini dilə gətirib.

Malıqin ötən əsrin 90-ci illərində cinayətkar aləmdə Moskvanın "Solnçev" kriminal qrupu kimi adlanan dəstənin məhbəs həyatı yaşamış ən fəal üzvünün Kreml dəhlizlərinə yol tapmasına təəccübünü gizlətməyib. Blogger deyib ki, "Mixas" şəxsən Putindən aldığı mükafatların şəkillərini rəsmi saytının səhifələrinə yerləşdirib. O, Rusiya dövlət başçısının "qanuni oğru"nu qızıl saatla onun Böyük Vətən Müharibəsi veteranlarına göstərdiyi diqqətə görə təltif edib.

Qeyd edək ki, Mixaylovun aldığı medallar sırasında onun Krımın Rusiyaya birləşdirilməsində göstərdiyi xidmətə görə aldığı "Yaşasın Rusiya" döş nişanı da var.

Blogger "Mixas"ın Krım məsələsində onun hansı rol oynaya biləcəyi sualına aydınlıq gətirməkdə hələ də çətinlik çəkdiyini gizlətməyib.

Tarix
2014.09.21 / 10:32
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla