Yuxarı

Ermənistanda qarşıdurma güclənir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçirdiyi mitinqdən sonra ölkə parlamentində əsas müxalifət fraksiyası olan Respublikaçılar Partiyasının deputatları hökumətin daxili və xarici siyasətini kəskin tənqid ediblər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, baş nazirin öz sələflərini Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gizli danışıqlarda ittiham etməsi müxalifətin kəskin etirazına səbəb olub. Deputat Armen Aşotyan jurnalistlərə müsahibəsində qeyd edib ki, əlində bu məsələyə dair ölkənin sabiq prezidentlərinə qarşı sübutlar olduğunu iddia edən Paşinyan daha səmimi olmalı, həmin sənədləri ictimaiyyətlə paylaşmalıdır. Parlamentin üzvü vurğulayıb: “Bu taleyüklü problemə düşünülməmiş yanaşma tərzi və populizm yolverilməzdir. Mən “bu cinin dərhal şüşədən buraxılması” və Paşinyanın Levon Ter-Petrosyanın prezidentlik dövründən başlayaraq Qarabağ ətrafında danışıqlar prosesi haqqında məlumatları ictimaiyyətlə paylaşmasını gözləyirəm və tələb edirəm”.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Paşinyanın mitinqdə müxalifətə qarşı səsləndirdiyi təhdidlərə cavab verib. Onun sözlərinə görə, baş nazir hakimiyyətdə olduğu yüz gün müddətində görülən işlər barədə hesabat vermək əvəzinə, əleyhdarlarını hədələməklə kifayətlənib. Şantaj və populizmin hökumətin əsas silahı olduğunu vurğulayan Şarmazanov əlavə edib ki, bütün bunlar Paşinyanın ağır vəziyyəti və gələcəklə bağlı qorxuları ilə əlaqədardır. Parlamentin vitse-spikeri baş nazirə müraciətlə deyib: “Xatırladırıq ki, bu gün siz müxalifət başçısı deyilsiniz və ölkədəki vəziyyətə görə birbaşa məsuliyyət daşıyırsınız. Sizdən fərqli düşünən deputatları, hakim və vətəndaşları hədələməyə, qanunları pozmağa son verin”.

Respublikaçılar Partiyasını təmsil edən deputatlar yeni hökuməti söz azadlığını pozmaqda, baş nazirin maraqlarını dövlət maraqlarından üstün tutmaqda, məhkəmələrdə siyasi sifarişlər əsasında saxta proseslər təşkil etməkdə ittiham edirlər.

Tarix
2018.08.18 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla