Yuxarı

Kerri: “Bəşər Əsədin İŞİD-dən fərqi yoxdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerri: “Bəşər Əsədin İŞİD-dən fərqi yoxdur”

ABŞ Dövlət katibi Con Kerri Ərbil və Bağdadın hava hücumları sayəsində İŞİD-dən qorunduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, CNN-ə müsahibə verən Kerri Suriyada Əsəd rejiminin nəzarəti tamamilə itirdiyini bildirib:

"Məqsədimiz İŞİD-in nəzarətində olan torpaqları geri alıb əsl müsəlmanlara vermək və terrorçuları məhv etməkdir. 200 minə yaxın insanı kimyəvi silahla məhv edən Bəşər Əsəd isə heç də bu terrorçulardan fərqlənmir".

Kerri Suriyadakı hədəfləri vurarkən kəşfiyyat məlumatlarını əldə etmə imkanlarına aydınlıq gətirib və fərqli taktika işlətdiklərini açıqlayıb:

"Suriyada fərqli kəşfiyyat qaynaqlarımız var. Hamısı da fərqli-fərqli formalarda. Kəşfiyyat məlumatları dəqiq idi".

Gələn həftə bölgəyə gedəcəyini deyən Kerri Suriya müxalifətinə verilən dəstəklə bağlı fikirlərini bölüşüb:

"Suriya müxalifəti İŞİD və Əsəd rejimi ilə mübarizə aparır. Onlar həyatda qalmağı bacardı. İŞİD-i Hələbdən çıxartdılar. İŞİD-in sıraları azaldıqca müxalifətin sayı artacaq".

ABŞ ordusunun İraqa girib-girməyəcəyi ilə bağlı sualı cavablandıran Dövlət katibi hələ bu mövzuda müzakirələrin getmədiyini bildirib:

"İraq hökuməti yeni qurulub. Baş nazir İbadi Nyu Yorkdadır. Onunla görüşüb fikir mübadiləsi aparırıq. İŞİD-i məğlub edəcəyik. Barak Obama da "gec-tez İŞİD-in sonu çatacaq" deyib. Bizə müəyyən zaman lazımdır. Çünki İraq ordusu yenidən qurulur. Amma hələlik İŞİD-in irəliləməsini dayandırmışıq. Hava hücumları öz nəticəsini verdi. İŞİD Bağdada irəliləyirdi. Hava hücumları olmasaydı, indi Bağdad və Ərbil İŞİD-in əlində idi".

Kerri yaxın zamanlarda əməliyyatların bitməyəcəyini qeyd edib:

"Bölgədə bir çox dövlətlər bizi dəstəkləyir. Mübarizənin bir çox fərqli sahəsi var. Önümüzdəki 2-3 həftədə bu əməliyyatların bitməsini gözləməyin. Bölgədə sabitliyin təmin olunması üçün bizə uzun müddət lazımdır".

Tarix
2014.09.24 / 23:36
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla