Yuxarı

Nikol daha bir oliqarxa cinayət işi açdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Gömrük Komitəsinin keçmiş rəhbəri Armen Avetisyana qarşı cinayət işi açıb.

Axar.az xəbər verir ki, o, qeyri-qanuni sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulmasında ittiham edilib. Milli Təhlükəsizlik Xidməti Avetisyanı “Qolden Palas” mehmanxana kompleksinə sahib olmaqda günahlandırıb. Belə ki, MTX-nın iddiasına görə, kompleksi Kiprdə qeydiyyatdan keçən “Rivehil Holdinq” şirkəti tikib və bunun üçün Ermənistana milyonlarla dollar yatırıb:

“İnvestor kimi sənədlərdə Livan vətəndaşı göstərilib, amma onun şirkətə heç bir aidiyyəti olmayıb. Tikintinin gedişinə məhz Avetisyan nəzarət edib və öz vəzifəsindən istifadə edərək yaranan problemləri həll edib. Daha sonra belə bir otel Saxkadzorda tikilib. 2012-ci ildə bu mehmanxanlar kompleksini Britaniyada yaradılan “Qolden Qrup Limited” alıb. Kompleksin aksiyalarının 100%-lik sahibi Avetisyanın oğlu Artaşes olub. 2018-ci ildə Avetisyanlar İrəvanda “Qoldes palas butik” adlı yeni mehmanxana açıblar. Hər üç otelin dəyəri 90 milyon dollar olaraq dəyərləndirilir. Hazırda istintaq aparılır”.

Qeyd edək ki, Ermənistan Gömrük Komitəsi Serj Sərkisyan tərəfindən 2008-ci ildə ləğv edilib. O, Dövlət Gəlirləri Komitəsinə çevrilib.

Tarix
2018.10.11 / 12:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla